Arıqlamaq istəyənlər zəncəfili necə istifadə etməlidirlər?

Arıqlamaq istəyənlər zəncəfili necə istifadə etməlidirlər?

Ədviyyatlar şəfaverici və bədəndən toksinləri təmizləyən ən yaxşı vasitədir desək yanılmarıq. Bu gün sizi təbiətin möcüzəsi sayılan zəncəfil və ya imbir adlanan ədviyyatla tanış edəcəyik.

Onunla necə arıqlamaq olar? Çox asan və ucuz başa gələn reseptlərlə ideal çəkiyə necə sahib ola bilərsiniz? 

Artıq çəkidən azad olmaq üçün imbiri necə qəbul etməliyik? 

  • İmbiri sadəcə çayla dəmləməklə gün ərzində qəbul edə bilərsiniz. Kiçik dilim limon da əlavə edin.
  • Əgər balla içmək istəyirsinizsə, onu mütləq artıq soyumuş, ilıq çaya tökməlisiniz, çünki bal qaynar suya əlavə edildikdə tərkibindəki faydalı maddələr məhv olur.
  • İmbirli çayı axşam içmək məsləhət deyil, çünki verdiyi enerjiyə görə yuxunuz qaçacaq.

Çay reseptləri  

Çay 1.

  • Təxminən 2 sm-ə qədər nazik imbir kökü
  • Quru nanə-bir xörək qaşığı
  • Hil-bir çimdik
  • Limon suyu 85 ml
  • Portağal suyu 50 ml
  • Bir litr qaynar su
  • Bal zövqə görə

Hazırlanması: doğranmış imbir, nanə və hili blenderdə qarışdırıb, üzərinə qaynar su töküb yarım saat gözləyin. İlıq şəklə düşdükdən sonra üzərinə portağal və limon suyunu əlavə edin, sonda isə bal. İçkini gün ərzində axşama qədər içmək məsləhətdir.

Çay 2.

  • Mərcangilə (qurudulmuş) 1 çay qaşığı  (apteklərdə satılır)
  • İmbir toz və ya kökü zövqə görə
  • Bal zövqə görə

Hazırlanması: dəm çaynikində adi çay dəmlədiyiniz kimi mərcangilə və imbiri dəmləyin, soyuduqdan sonra bal əlavə edib içə bilərsiniz.

Bu çay bədəndə artıq yığılan mayeni xaric etmək, böyrəklər və sidik kisəsinin işini yaxşılaşdırmaq üçün əla vasitədir.

 Çay 3.

  • İmbir kökü 2 sm-ə qədər
  • Sarımsaq 2 diş
  • Su iki litr

Hazırlanma qaydası: imbir və sarımsaq xırda-xırda doğranır, sarımsaq dairəvi şəkildə də doğrana bilər. Üzərinə qaynar su töküb termosda bir saat saxlayın, daha sonra boşaldıb ilıq olana qədər soyumasını gözləyin, soyuduqdan sonra yenidən termosa tökün ki, gün ərzində ilıq qalsın.

Çayın tərkibində sarımsaq olmağı sizi qorxutmasın, belə ki, imbir sarımsağın iyini tamamilə öldürür.  Bu çay daha çox kilo atmaq istəyənlər üçün daha faydalıdır.

Məsləhətlər

  • İmbiri soyuducuda saxlayın və bir həftə ərzində istifadə edin, uzun müddət qaldıqca o, effektini itirir.
  • Uzun müddət saxlanması üçün imbir köklərini qida salafanına büküb soyuducunun buzxanasında saxlayın.
  • Toz imbirin çayla birlikdə istifadəsi zamanı effekti  azalır, ona görə kökündən istifadə etmək daha məsləhətdir.
  • Yeməkdən əvvəl imbir kökünü çeynəmək iştahanı azaldır, həzmi yaxşılaşdırır.
  • İmbiri yeməklərə, salatlara da qata bilərsiniz.

Qeyd:  İmbir piylənmənin iki əsas səbəbini aradan qaldırır: maddələr mübadiləsini normaya salır  və həzm prosesini yaxşılaşdırır.    

Diqqət! Əgər sağlamlığınızla bağlı hər hansı ciddi probleminiz varsa (həzm sistemi, ürək-damar sistemi) həkim məsləhətindən sonra imbiri qəbul edin.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top