SELLÜLİTi aradan qaldıran bürünmə

SELLÜLİTi aradan qaldıran bürünmə

Sellülit əleyhinə çox təsirli olan bu bürünmə üçün sizə bir çay qaşığı qırmızı bibər və çəkdiyiniz nahiyəni (bel, qarın, ayaqlar, sağrı əzələləri) örtəcək qədər kosmetik gil lazımdır. Gilin istənilən növündən istifadə edə bilərsiniz, lakin mavi, ağ, yaşıl gil çox daha güclü təsirə malikdir. Qarışığı xama şəklinə düşənə qədər su ilə qarışdırın.

Gil və bibər sellüliti aradan necə qaldırır?

Qırmızı bibər güclü isidici effektinə görə maddələr mübadiləsini gücləndirir. Onun təsiri nəticəsində artıq mayelər bədəndən çıxmağa başlayır.

Gil isə bibərin dəridən çıxardığı bütün artıq “zibil”i süngər kimi özünə çəkirərək dərini təmizləyir. Bundan başqa, gil dərini tərkibində olan çox faydalı elementlərlə zənginləşdirir.

Bürünməni necə etməli? 

– Qarışığı bədənə çəkməmişdən əvvəl duş qəbul edin, problemli nahiyələri bədən skrabı ilə yüngül massaj edib yaxşı təmizləyin;
– Qarışığı problemli nayihəyələrə çəkib üzərini qida salafanı ilə bürüyün. İsti geyim və ya şal bağlayıb 20-40 dəqiqə ərzində ev işlərinizi görə və ya bu vaxtda uzanıb dincələ, kitab belə oxuya bilərsiniz;
– Salafanı nə çox boş, nə də çox bərk bağlamaq lazımdır;
– Dəridə normal dərəcədə istilik və yandırma hissi varsa lazımi qədər gözləyin, yox yanğı hissi dözülməzdirsə mütləq maskanı bədəninizdən yuyun və gələn prosedurda bibərin miqdarını azaldın. Əgər dəridə şişkinlik varsa, deməli, bu bürünmə sizin üçün deyil;
– Sonda sərin və ya soyuq su ilə duş qəbul edib, bədən və ya xüsusi antisellülit kremi çəkin;

Bürünmə dəriyə və ümumi bədənə necə təsir edir?

  • Bədəndən artıq maye qovulduğu üçün çəkiniz nəzərəçarpacaq dərəcədə aşağı düşür;
  • Maddələr mübadiləsi sürətləndiyindən sellülit nahiyəsi kiçilir;
  • Ödem azalır (şişkinlik);
  • Dəri sallaqlığı aradan qalxır və elastikliyini bərpa edir;
  • Bədən quruluşu korreksiya olunur.

 

Bilməli olduğunuz vacib məqamlar!

– Proseduranı axşam etmək məsləhətdir, çünki ondan sonra dincəlmək lazımdır;
– Dərisi həssas olub, allergiyaya meylli olanlar, ürək-damar xəstələri, hipertoniklər, qalxanabənzər vəzisi böyüyən kəslər, hamiləlik, menstruasiya vaxtı, mioma, fibroma və digər qadın xəstəlikləri, varikoz xəstələri, daxili orqanlarında hər hansı ciddi problem olanlara bu bürünməni etmək olmaz, əvəzində onlar soyuq bürünmələri edə bilərlər;
– Prosedurdan sonra bir gün ərzində günəş vannası, solariy, vanna qəbul etmək olmaz;
– Bürünmədən iki saat əvvəl və sonra isti çay içmək və yemək məsləhət deyil;
– Prosedurdan azı bir gün əvvəl depilyasiya elətdirmək məsləhət deyil;
– Yaxşı nəticə əldə etmək istəyirsinizsə bürünməni bir ay ərzində günaşırı etmək lazımdır.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top