Gözəl bədənə sahib olmağı hər birimiz istəyirik. Lakin bunun üçün nə edirik? Çoxlarımız “heç nə” deyəcək. Bu gün sizin üçün hazırladığımız siyahıda könlünüzə yatan 9 yoldan birini seçə və gün ərzində 30 dəqiqədən 2 saata qədər vaxt ayırmaqla qısa zamanda bədəninizi istədiyiniz formaya sala biləcəksiniz.
1. Fitness
Hazırda bütün dünyada çox populyar olan və qısa zaman ərzində gözəl bədən quruluşuna sahib olmaq istəyənlər üçün ideal idman növü. Həftədə 3-4 dəfə fitneslə məşğul olanlar artıq iki həftədən sonra müsbət dəyişiklikləri görürlər. Daha ətraflı: Fitness
2. Qaçış
Artıq kilolardan azad olmaq üçün “birinci vasitədir” desək yanılmarıq. Bilməlisiniz ki, istədiyiniz effekti almaq üçün sürətiniz yavaş olmalı, qaçış vaxtı isə uzun olmalıdır.
3. Sürətli gəzinti
Çox köklükdən əziyyət çəkən xanımlar üçün ən yaxşı vasitədir. Bu, həm ürək-qan damar sisteminə, həm də oynaqlara güc salmadan sizi asanlıqla arıqladacaq. Yeni başlayanlar həftədə 3-4 dəfə 15-20 dəqiqədən başlamalı və bir neçə həftədən sonra gəzintini 45-60 dəqiqəyə qədər çatdırmalıdırlar. Daha ətraflı: Sürətli gəzinti
4. Velosiped sürmək
Statistikaya görə, dünyada ən yaxşı kəşf sayılan velosiped arıqlamaq istəyənlər üçün əla seçimdir. Həftədə 3 dəfə 40 dəqiqə velosiped sürərək kilolarınıza əlvida deyə bilərsiniz. Velosiped xüsusilə ayaqlarında piylənmədən əziyyət çəkən xanımlar üçün idealdır.
5. Yoqa
Min illərlə yaşı olan Yoqa bütün dünyada artıq öz sözünü demişdir və bizim ölkədə də Yoqaya maraq artmaqdadır. İldən-ilə dünyada onunla məşğul olanların sayı milyonları keçir. Bədənin bütün sistemlərini, sinir sistemi, əzələ, orqanların düzgün işləməsi, psixoloji vəziyyətini düzəltmək istəyənlər, artıq kilolardan tamamilə və həmişəlik azad olub bədənini gözəl formaya salmaq istəyənlər üçün Yoqa əvəzedilməzdir. Yoqa ilə məşğul olmaq istəyənlər Xatxa-Yoqadan başlaya bilərlər. Həmçinin, yoqa hərəkətlilik sevməyən xanımlar üçün idealdır. Daha ətraflı: Yoqa
6. Rəqslər
Rəqsləri az adam tapılar ki, sevməsin. Bir saat aktiv rəqslə məşğul olmaq tam 500 kalori yandırmanıza səbəb olacaq. İdmanla məşğul olmağa tənbəllik edən və bunu zülm hesab edən xanımlar rəqs zalında nəinki kalorilərdən, həmçinin depressiya, stresdən qurtularaq yüksək əhval-ruhiyyəyə sahib olacaqlar :)
7. Aerobika
Özünü gümrah hiss etmək istəyən və bədənini gözəl saxlamaq istəyənlər üçün yaxşı vasitədir. Amma arıqlamaq istəyənlər üçün gec nəticə verə bilər.
8. İplə tullanma
İdmana başlamamışdan əvvəl isinmə və qısa vaxt ərzində sürətli kalori yandırmaq istəyənlər üçün əla vasitədir. Daha ətraflı: İplə tullanma
9. Üzgüçülük həm arıqlamaq, həm bədənini gözəl formaya salmaq, sellülitdən və stresdən qurtulmaq üçün düzgün seçimdir. Üzgüçülük, həmçinin onurğa problemlərinizi aradan qaldırmağa sizə kömək edəcək.
Sağlam və gözəl olmağa tənbəllik etmədən elə bu gün başlayın :)