Dadlı su (DETOKS) resepti

Dadlı su (DETOKS) resepti

Bir çoxumuz suyun dadını sevmədiyindən onu içməmək üçün müxtəlif bəhanələr gətiririk. Əgər su içməyi öyrənmək istəyirsinizsə onda dadlı sulardan başlayın. Bunun üçün müxtəlif tərəvəz və meyvələrdən istifadə edərək suyu dadlandıra biləcəksiniz.

Bu gün siz nanə-limonlu suyun hazırlanma qaydası barədə öyrənmiş olacaqsınız.

Nanə- limonlu dadlı su hazırlamaq üçün nanə yarpaqlarını təmiz yuyub, limonları dilimlərə bölərək üzərinə su əlavə edib bir neçə saat soyuducuda saxlamaq lazımdır. Bu resept üçün adətən, bir litr suya bir doğranmış limon (və ya laym) və yarım və ya bir kiçik dəstə nanə  istifadə olunur.

Nanə-limonlu su sizi təravətləndirəcək və lazımsız piylərin əridilmə prosesini sürətləndirirək :) 

Suyun faydaları və düzgün içmək qaydası barədə aşağıdakı linklərdən öyrənə biləcəksiniz:

Su ilə həm arıqlayın, həm sağlam olun! 

Suyu düzgün içməyin qaydaları.       

Qazlı sular haqqında bilmədikləriniz. 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top