Meyvəli DONDURMA resepti

Meyvəli DONDURMA resepti

Yayı dondurmasız heç birimiz təsəvvür etmirik. Lakin hər gün yediyimiz içərisində şəkər, süd, müxtəlif bilmədiyimiz konservantlar olan dondurmalar həm sağlamlığımıza ziyandır, həm də artıq kilolar yaradır.

Bu gün sizə çox dadlı və içərisində ancaq faydalı meyvələr olan ev şəraitində asanlıqla hazırlayacağınız dondurma reseptini təqdim edirik. Tərkibi:

  • 2 ədəd banan
  • 0,5 stəkan qarağat
  • Zövqə görə darçın

Hazırlanma qaydası:  Banan və qarağatı gecədən buzxanada dondurduqdan sonra blenderdən xama şəklinə salınana qədər keçirin. Qarışığı xüsusi dondurma qaşığı ilə blenderdən çıxara və ya adi xörək qaşığı ilə çıxararaq kiçik qablara qoya bilərsiniz (qarışığın daha möhkəm olmasını istəyirsinizsə hazırladığınız meyvə qarışığını dondurmaya qoyub bir neçə saat saxlayın).

Sonda üzərinə  bir qədər darçın və bir neçə ədəd dondurulmuş qarağat əlavə edib süfrəyə verə bilərsiniz :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top