Sağlamlığınız üçün gündəlik faydalı məlumatları hər gün daha tez ala bilmək üçün Instagram profilimi izləməyə dəvət edirəm.
https://www.instagram.com/arzununbloqu/
Vaginal axıntı hər bir qadının rastlaşdığı problemdir. Vaginal axıntıya həmişə problem demək olmaz, çünki bu qadın bədəni üçün normaldır, belə ki, qadın orqanizmi ona təsir edən çirkli ekologiya, qidalar, stress, qorxu və digər təsirlərin nəticəsi olaraq zərərli maddələri axıntı ilə xaric edir.
Normada axıntının miqdarı nə qədər olmalıdır?
Vaginal axıntının miqdarı yaş, hormonal vəziyyət, cinsi həyatın aktivliyindən asılı olaraq dəyişir. Ginekoloqlar aşağıdakı halda axıntının normal olduğunu qeyd edirlər:
- Axıntının rəngi: şəffaf rəngdən açıq sarı rəngə qədər
- Axıntının konsistensiyası: şirəli, bəzən isə hissəciklərlə qatı
- İyi: adətən iysiz olur, bəzən isə turş iy verə bilir
- Miqdarı: gün ərzində 1-4 ml arası olub alt paltarında diametri 4 sm-dən çox olmur
Bu faktorlar nəticəsində axıntı çoxala bilər, lakin bu halda o, təhlükədən xəbər vermir:
- Aybaşıdan əvvəl
- Həddindən artıq ehtiraslanma
- Stress
- İqlim dəyişikliyi
- Dərman preparatlarının qəbulu
- Hamiləlik
Hansı halda axıntı təhlükədən xəbər verir?
Axıntının tərkibində qan, irin varsa, rəngi sarı-qəhvəyi, sarımtıl yaşıldırsa, xüsusi iy varsa, axıntı köpüklü və ya hissəciklərlədirsə həkimə müraciət zamanıdır. Bundan başqa, hər hansı infeksiya yoluxması zamanı axıntı ilə yanaşı qaşınma, yandırma hissləri də müşahidə olunur. Bu əlamətləri qeyri-ciddiyə almaq məsləhət deyil, çünki bəzən ginekoloji xəstəliklər ilk növbədə məhz elə axıntı ilə özünü biruzə verir.
Təhlükəli vaginal axıntı hansı xəstəliklərdən xəbər verə bilir?
Ginekoloji, infeksion, iltihabi proses, onkoloji xəstəliklər və s.
Bu problemlə qarşılaşmısınızsa nə etmək lazımdır?
İlk növbədə ginekoloqa müraciət etmək lazımdır. Həkim sizə yaxmanın yoxlanması üçün göndəriş tərtib edəcək, müəyyən qan analizləri və USM (ultrasəs müayinəsi) təyin edəcək. Axıntının xüsusiyyətləri ilə yanaşı özünüzdə hiss etdiyiniz hər hansı dəyişikliyi həkimə deməyi unutmayın, hər xırda əlamət belə diaqnozun qoyulmasında vacibdir.
Salam mende qanliti oldwinin 16 ci iz uwagiyam bu mbugumqanliaxintiaybawiningunuduruwagiyamciddiyaradar
Mənim 17 yaşım var. Və gələcək həyatım üçün narahatam. Bu axıntılar mənə əziyyət verir. Mənədə bu axıntı anamdan keçib anamada nənəmdən yəbi irsidi.
Məndən həddən artıq gəlir. Bəzən çox qatı bəzənsa su halında gəlir. Ağrılarımda arada olur. Və mən bu əzabdan qurtulmaq istiyirəm.
Salam xanim mende ise cox azdir yeni hamileyemde bu nese narahatliq vermezki
Salam, Zeynəb xanım. Az-çox olmasından asılı olmayaraq sağlamlığınızı sığortalamaq üçün ginekoloqunuzla məsləhətləşməyiniz daha düzgün olardı.
Salam xanim mende temiz sud renginde axinti olur herden sireli herdende topalasmis halda gelir. Demek olarki berbat bir iyi verir ozum aleliyem 2 ildi aleliyem en esasida cox sinamisam ovladim olmur hekime hele muraciyet etmemisem herden bel agrilarim olur. Esasda cinsi elaqe zamani yumurtaliqlarimdan gobeyin alt hiselerinden kesici sidetli agri qalxir cox xais edirem cavablandirardiz tebi yolla ne meslehet gorerdiz yaxut hekime muraciyet etmeyim onemlimidir? Onceden tesekkurler…
salam pentavag wami alin qoyun her gece ter temiz edecek
Salam, Leyla xanım. Səbəbini müəyyənləşdirmədən hər hansı preparat məsləhət görmək düzgün deyil. iLk olaraq yaxma analizi verilməlidir, diaqnoz qoyulmalıdır, daha sonra müalicə həkim tərəfindən təyin edilməlidir.
Salam.Menim yoldasimda axinti geldikden sonra qoruyucusuz onla elaqede oldum bir muddetden sonra mende basladi axinti gelmek rengi aciqdir iyi yoxdur sadece meni narahat edir alt paltarimi tez tez bulasdirir ve yol gedende qorxuram axintinin geldiyini tam hiss edirem ele bilirem aybasi olmusam.Yoldasim mualice aldi .qiz vaxtimda mende axinti olurdu ama axir zamanlar doguwdan sonra nisbeten coxaldi yoldasimla olandan sonra ise tez tez axintilar olur qasinma yanma yoxdu ancaq axinti gelir.Vagina wamlarindan istifade etsem kecib gedermi?
Salam.menim 47 yasim var.aybasim cox olur qan axma.1 ay idi davamli aybasim oldu ,hekime getdim qasinma eledilerr.mioma endemetrioz var.indide sulu qan gelir.deyanmir.o ne ola biler
Salam, Nərmin xanım. Qanaxmanın səbəbi araşdırlılmalıdır, üstəlik sizdə mioma və endometrioz varsa, bunun üçün mütləq ginekoloqa müraciət edin. Əgər əvvəlki həkiminiz problemi həll edə bilməyibsə həkiminizi dəyişin. Tez sağalmanızı arzu edirəm.
Men dunen axsam aaybasi olasiydim.olmadim bugin seher tuvalete gedende karicniyi rengde tund axinti oldu gunortada aybasi oldum amma qan aciq rengdedir .o axinti yene gelir neden ola biler men 2ayliq evliyem…
Salam, Rəvanə xanım. Suallarınızın cavabını tapmaq üçün ginekoloqa müraciət etməyiniz məsləhətdir.
Salam 20 yaşım var evliyem 1 hefdedi bezen qanla gelir hemde iyli olur ne edmeliyem xayis edirem komeyliy edin
Salam 16 yasindayam.menden axinti geldiyini hiss ettim ele bildim ag seffaf axintidi sonra baxdim gordum ki aciq qirmizi rengdedi amma aybasi olub gurtarmisam 1 hefte öncene ede bilerem bu nedemekdi zehmet olmasa cavab verin
Salam, Səma xanım. Bu suallara cavab tapmağınız üçün mütləq ginekoloji müayinə olunmalıdır. Ginekoloqa müraciət edin, o, sizi yönləndirəcək.
mende axinti olur seffaf lakin pis qoxu verir neyneye bilerem
Salam, ümumiyyətlə pis qoxu və kəskin rənglər olduğu halda mütləq ginekoloji müayinə olunmalıdır. Ginekoloqa müraciət edin, o, sizi yönləndirəcək.
Salam, men aybasi olub qurtardiqdan sonra mavi rengde maye axir demek olarki 1 heftedir bu ne demekdir?
Salam mende çirk çox gəlir sarimtildi rengi hetda gündə 3dene gündəlik bez deyisirem. Qaşınma olmurdu amma indi get gedə əmələ gəlir buna səbəb medi
Salam, Gülgəz xanım. Bezi 3 saatdan çox saxlamaq olmaz, ona görə gündə bir neçə dəfə dəyişməklə düz edirsiniz, çirk oldu-olmadı. Qaşınma elə istifadə etdiyiniz gündəlik bezdən, gigiyenik qaydalara riayət etməməkdən, istifadə etdiyiniz yuyucu vasitələrdən, həmçinin infeksiya səbəbindən ola bilər. Hər bir halda ginekoloqa müraciət etməyiniz məsləhətdir.
Salam. Mende cirk gelir ag rengde ouzde curuntu kimi qasinmmamda olur. Neden olar
Salam, Nazlı xanım. Səbəbini bilmək üçün ginekoloqa müraciət etməyiniz məsləhətdir, yaxma analizi verərək səbəbini tapa bilərsiniz. Ancaq bundan sonra müalicəyə başlamaq olar.
Salam.mende cirk gelir ag rengli turs iyive curuntu kimi. Neden olar
Salam, səbəbini yalnız analiz verdikdən sonra bilmək olar. Bunun üçün mütləq ginekoloqa müraciət edin.
Salam. Mende cirk gelir ag rengde ouzde curuntu kimi qasinmmamda olur. Neden olar
Salam men fevral ayinda yaxma analizi verdim mende stafilokokk epidermidis 10usdu 3 askarlamdi mualiceni gec gotrdum antibiotik ve sam bu qasinmani goturecekmi doktur?
Salam, Əfruzə xanım. Diaqnoz düzgün qoyulubsa və müaəlicə düzgün aparılsa əlbəttə götürəcək. Sağlam olun.
Salam mende 2 gunduki cirk kimi qanda olur az az cox az olur axinti olur 3 gun evvel mualiceden qutardim tanpon zad qoyub indi bele oluram nese problem var? Doxdur dememiwem hekeki bu normaldi??
Salam, xanım, gözlənilməyən hallarda mütləq həkiminizlə məsləhətləşin.
Salam hekim mende ağ rəngdə qatı bezen toplanmış bezen curuy axıntı gelir qoxuludu qaşınmalarda vulvada vagina daxilində olur zəhmət olmasa bir məsləhət verərdiz