“Yeməkdən doymuram”, “ Gözüm doymur”, “Mətbəxə girən kimi soyuducunu açıram” “Gecə hər kəs yuxuda olanda mən soyuducuda yemək axtarıram” fikirləri hamımıza tanışdır. Bəs bu normaldırmı? Niyə bu qədər yeyirik? Niyə doymuruq və acgözlük nələrə gətirib çıxarır?
Çox yemək bəzilərinə adi bir şey kimi gələ bilər, əslində isə belə deyil. Birinci onu qeyd edək ki, problemin əsasında psixoloji amillər durur. Kiçik həcmə malik olan mədəni doldurmaq çətin məsələ deyil, lakin bu halda insan doymaq üçünmü yeyir? Xeyr, bu halda həzz almaq, əhvalı qaldırmaq, hirsini soyutmaq, yorğunluq, tənhalıq, stresdən “azad olmaq”, bir sözlə içindəki boşluğu doldurmaq üçün yeyir.
Normadan artıq yemək özlüyündə artıq kilolalara gətirib çıxarır. Lakin burda hormonlar da öz işini görür.
Xroniki stress bizi necə acgözə çevirir?
Xroniki stress müəyyən müddətdən sonra kortizol hormonunun çox miqdarda qana atılmasına səbəb olur, o da öz növbəsində iştahanın nəzarətdən çıxmağına və normadan artıq yeməyə gətirib çıxarır. Tədqiqatlar onu da göstərir ki, piy hüceyrələri özləri də kortizol sintez edir, bu da artıq bədənə iki qat zərbə deməkdir.
Ən pisi də odur ki, stress vəziyyətində bədən yağlı, şirin, duzlu, bir sözlə ziyanlı qidalara daha çox meyl edir.
Özünə necə qalib gəlmək olar? Necə az yemək olar? Bu haqda isə növbəti yazımızda.
Stress əleyhinə ən mükəmməl vasitələrdən biri meditasiyadır. Meditasiya necə edilməlidir? Onun faydaları haqqında ətraflı aşağıdakı linklərdən məlumat ala biləcəksiniz: