Yayın ləzzəti ƏRİKLİ dondurma!

Yayın ləzzəti ƏRİKLİ dondurma!

Yayın ləzzəti olan növbəti sağlam, çox dadlı dondurma reseptini sizə təqdim edirik. Ərik dondurmasını hazırlamaq üçün sizə aşağıdakılar lazım olacaq:

  • 0,5 stəkan yoqurt
  • 2-3 xörək qaşığı bal
  • 6-8 ədəd ərik
  • 1 xörək qaşığı limon şirəsi

Hazırlanma qaydası: ərik tumlarından təmizləndikdən sonra buzxanada 6-7 saat tam dondurulana qədər saxlanılır. Daha sonra ərik, yoqurt, bal, limon şirəsi blenderdən keçirilir. Hazırlanmış qarışığı xüsusi dondurma qaşıqları (dondurmanı dairəvi hala salır) və  ya xörək qaşığı ilə çıxara bilərsiniz.

Dondurmanız hazırdır :)

Onu nanə yarpaqları, ərik dilimləri və digər üsullarla dizayn edərək süfrəyə verə bilərsiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top