Kök ayaqları incə və qamətli edəcək 3 məsləhət!

Kök ayaqları incə və qamətli edəcək 3 məsləhət!

Ayaqları kök olub onları incə, qamətli etmək istəyən xanımlar, məqsədinizə çatmaq üçün 2 vacib məqamı bilməlisiniz:

  1. Ayaq nahiyəsindəki dərialtı piylər, sellülitdən azad olmalısınız;
  2. Paralel olaraq arıqladıqdan sonra dərinin sallaq qalmaması və sellülitin daha pis görünüş almasının qarşısını almalısınız.

Necə? Oxuyun :)

1. Necə qidalanaq?

  • Ziyanlı şirniyyat, fast-food, qazlı və rəngli sular, qızarmış və yağlı xörəklər, kolbasa-sosis məhsulları, çipsi, ketçup, şəkər, duz, un məmulatları, yarımfabrikatları süfrənizdən uzaqlaşdırın və ya miqdarını minimuma endirin;
  • Gündəlik içdiyiniz suyun miqdarına diqqət edin, çalışın gün ərzində 2-3 litr su içəsiniz. Su maddələr mübadiləsini yaxşılaşdırır və dərialtını zərərli maddələrdən təmizləyir;
  •  Süfrənizdə meyvə-tərəvəz, göyərti, qatıq, kəsmik, kefir kimi süd məhsullarını bol edin.

2. Hansı məşqlər ayaqları qamətli etməyə kömək edəcək?

Velosiped və ya velotrenajor ayaqlardakı piylərin düşmənləridir. Hər gün bir saat təmiz havada velosiped sürmək və ya velotrenajorda vaxt keçirmək qısa müddətdə sizi ayaqlardakı şişkinlik, piylərdən azad edəcək. Bundan başqa, aşağıda qeyd olunan məşqlər də sizi arzunuza çatmaqda çox böyük köməkçiləriniz olacaq :) Yazıların üzərinə klikləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

    Sürətli gəzinti

    Qaçış

    İplə tullanma 

Əlavə məlumat üçün qeyd edək ki,  saytımızın “Sağlam Mətbəx”, “Hərəkətdə Ol!” bölmələrindən faydalı məsləhətəri ala bilərsiniz.

Gördüyünüz bu videoda ayaqları incəltmək üçün intensiv və tez təsir edən hərəkətlər toplanılıb.  Bu məşqi hər gün etməklə, düzgün qidalanma və bürünmələrlə siz artıq bir neçə gündən sonra ayaqlarınızdakı müsbət dəyişikliyi görəcəksiniz :)

3. Təbiətin möcüzəsiBürünmələr 

Aşağıda gördüyünüz bürünmələr hər prosedurda ayaqlarınız və digər problemli zonaları 1-2 sm incəldərək, həmçinin sellüliti aradan qaldıracaq.

Yosunlu soyuq bürünmə 

Gillə antisellülit bürünmə 

İncə belə sahib olmağın asan yolu

 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top