Yayın ləzzəti olan növbəti sağlam, çox dadlı dondurma reseptini sizə təqdim edirik. Ərik dondurmasını hazırlamaq üçün sizə aşağıdakılar lazım olacaq:
- 0,5 stəkan yoqurt
- 2-3 xörək qaşığı bal
- 6-8 ədəd ərik
- 1 xörək qaşığı limon şirəsi
Hazırlanma qaydası: ərik tumlarından təmizləndikdən sonra buzxanada 6-7 saat tam dondurulana qədər saxlanılır. Daha sonra ərik, yoqurt, bal, limon şirəsi blenderdən keçirilir. Hazırlanmış qarışığı xüsusi dondurma qaşıqları (dondurmanı dairəvi hala salır) və ya xörək qaşığı ilə çıxara bilərsiniz.
Dondurmanız hazırdır :)
Onu nanə yarpaqları, ərik dilimləri və digər üsullarla dizayn edərək süfrəyə verə bilərsiniz.