
Ev şəraitində hazırlanan bu losyon yağlı və səpgili dərinin dərmanı olub, xüsusilə də alın və çənə nahiyəsində olan səpgiləri tezliklə aradan götürür. Dərini çox qurutduğundan ondan sonra nəmləndirici krem çəkmək məsləhətdir:
Tərkibi:
- İki orta ölçülü xiyar
- İki xörək qaşığı dəmrovotu (apteklərdə satılır)
- 200 ml araq
Hazırlanma qaydası: şüşə qab götürülür, xiyar sürtgəckdən keçirilir, üzərinə toz halına gətirilmiş dəmrovotu tökülür və araqla qarışdırılır. Məhlul iki həftə ərzində qaranlıq və sərin yerdə saxlanılır.
İstifadə qaydası: tənzifi məhlulda isladıb 5 dəqiqə üzdə saxlayın. Bu proseduru yatmazdan əvvəl edin.
Diqqət! Losyondan istifadə etdikdən sonra gün işığına çıxmaq olmaz, dərinizdə ləkələr yarana bilər.