Quru dərilər üçün nəmləndirici maska

Quru dərilər üçün nəmləndirici maska

Təqdim etdiyimiz bu maska quru dərilər üçün çox faydalı olub, bu tip dərini qidalandırır, təmizləyici təsir göstərir və dərinin su balansını normallaşdıraraq nəmləndirir, təravətli və parlaq görünüş verir.

Tərkibi:

  • 1 yumurta sarısı
  • 1 çay qaşığı zeytun yağı
  • Bir neçə damcı limon
  • 1 çay qaşığı bal (yaxşı olardı ki, qarabaşaq balı olsun)
  • 1 çay qaşığı üyüdülmüş yulaf

Hazırlanma qaydası: yumurtanı yağla yaxşı çaldıqdan sonra üzərinə limon, daha sonra bal əlavə edin. Köpük əmələ gələnə qədər qarışdırın və üzərinə yulaf əlavə edin. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top