Bunun üçün bir çox üsullar var. Qaraltılara qarşı ən effektiv vasitələrdən biri kartofdur. Bunun üçün həm bişmiş, həm də çiy kartof işə yarayır.
Aşağıda qeyd olunan üsullar köməyinizə gələcək:
- Çiy kartofu dairəvi şəkildə kəsərək gözaltı nahiyəyə qoyub 10-15 dəqiqə saxlayın və sonda sərin su ilə yuyun;
- Bişmiş kartofu püre şəklinə salıb üzərinə bir qədər süd töküb gözləyin. Soyuyandan sonra isə gözaltına qoyun və 20 dəqiqə saxladıqdan sonra bir qədər sərin su ilə yuyun;
- Kartofu sürtgəcdən keçirin, alınmış kütlədən 2 çay qaşığı götürün və bir çay qaşığı zeytun yağı ilə qarışdırın. 20-25 dəqiqədən sonra qara və ya yaşıl çayla qarışdırılmış 1:1 nisbətində su ilə yuyun;
- Sürtgəcdən keçirilmiş kartofdan bir hissə götürün (gözaltına çatacaq qədər), eyni miqdarda yulaf unu və bir az da süd töküb yaxşı qarışdırın. Kütlə qatı olmalıdır. 20-25 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.
Xiyardan hazırlanan maska da köməyinizə gələcək:
Xiyarı sürtgəcdən keçirin, alınan kütlədən yarım xörək qaşığı götürün, üzərinə elə o qədər çox xırda doğranmış cəfəri və ya keşniş, bir o qədər də xama əlavə edib qarışdırın. Yaxşıca qarışdırıb gözün altına çəkin və 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.