Qeyri-sağlam arıqlamağın acınacaqlı nəticəsi!

Qeyri-sağlam arıqlamağın acınacaqlı nəticəsi!

Artıq çəkiyə sahib olan hər kəs bunun həm fiziki, həm də psixoloji olaraq necə ağır olduğunu bilir. Belə insanlar hərəkət etməkdə çətinlik çəkir, təngnəfəslik, yüksək arterial təzyiq, tez yorulma, öz görünüşünə nifrət və depressiyadan əziyyət çəkirlər.

Bütün bu narahatlıqları aradan qaldırmaq üçün onlar tez nəticə verən üsullara əl atırlar, məsələn, monopəhrizlər, qeyri-sağlam pəhrizlər, arıqladıcı dərmanlar və s.

Təəssüflə qeyd etmək lazımdır ki, pəhrizlərdən sonra alınan nəticələr heç də həmişə reallığa uyğun gəlmir, belə ki, çox pis vəziyyətə düşmüş dəri və müvafiq olaraq da bədənin həqiqi görünüşünü çoxları gizlədir, bu haqda mətbuatda belə az yazılır.

Məhz buna görə sizi qeyri-sağlam arıqlamağın acınacaqlı nəticələ ilə tanış etmək qərarına gəldik.

a2ef406e2c2351e0b9e80029c909242d19                                                                                                                                                                                    Şəkillərdə gördüyünüz qadın yazıçı Elna Beykerdir. O, vaxtilə 120 kq çəkiyə sahib olub, pəhrizlər nəticəsində 50 kq artıq çəkidən azad olub. Bəlkə də həqiqi nəticələri görməyən insanlar üçün bu, böyük uğurdur, tam 50 kq! Lakin belə nəticə heç kimi xoşbəxt edə bilməz, necə ki, bu yazıçı xanımı da etmədi.

Deyəcəksiniz ki, bəs plastik əməliyyat? Elna artıq dəridən qurtulmaq üçün tam 4 plastik əməliyyat keçirib və baxın o yaşadıqları haqqında nələr deyir:

96a3be3cf272e017046d1b2674a52bd320 - Copy                                                                                                                                                                                          “Mənə dəridartıcı əməliyyat edərək süd vəzi silikonları qoydular. İki ildən sonra yenidən əməliyyat masasına uzandım və bel nahiyəmdə kəsiklər apararaq artıq dərini götürdülər və məni yenidən tikdilər. Dizlərimdən qasıq nahiyəmə qədər kəsdilər və ümumilikdə 4,5 kq artıq dəri çıxardılar. Yaralar sağalana qədər mən yataqda bir ay ayaqları aralı vəziyyətdə oturmalı oldum. İndi isə mənim belimdə  sanki  hansısa sehrbaz məni ortadan iki yerə bölürmüş kimi görünən böyük bir dairəvi çapıq var. Bundan başqa, ayaqlarımda olan çapıqlar şalvar tikişləri kimi yuxarıdan aşağı uzanır.

751d31dd6b56b26b29dac2c0e1839e3415                                                                                                                                                                                               Mən ayaqlarımı və əllərimi yanlara tutub dayandıqda uçan dələyə bənzəyirəm, çünki ayaqlarımdan, qollarımdan artıq dəri sallanır. Önə əyildikdə isə süd vəzilərim boş torba kimi sallanır”.

Elnanın bu ürək ağrıdan etirafları problemin fiziki tərəfidir, o, indi də bədənini sevmir və onu olduğu kimi qəbul edə bilmir, özünə güzgüdə baxa bilmir və sevinə bilmir. Nə qədər mənəvi əzab çəkdiyini yəgin ki, deməyə ehtiyac yoxdur.

Heç kim demir ki, artıq kilolarla barışıb yaşamaq lazımdır. Xeyr, sadəcə bunu düzgün şəkildə etmək lazımdır. Bu haqda isə  növbəti yazımızda.

Ümid edirik ki, bu ürəkağrıdıcı etiraf sürətli arıqlamaq istəyənlər üçün bir dərs olacaq.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top