Bu gün sizə çox dadlı, sağlam, sobada hazırlanan qeyri-adi kartof yeməyini təqdim edirik.
Tərkibi:
- 4 ədəd orta ölçülü kartof (sayını istədiyiniz qədər edə bilərsiniz)
- Bir neçə dilim sarımsaq
- 2 xörək qaşığı qədər zeytun yağı
- Duz, qara istiot
- Yaşıl soğan
- Bir qədər rozmarin və kəklikotu
Hazırlanma qaydası: ilk olaraq sobanı təxminən 10 dəqiqə ərzində 250 dərəcədə isidin. Yaşıl soğan və sarımsağı çox xırda şəkildə doğrayın. Bir qədər duzlayıb duru yağla qarışdırın. Daha sonra kartofu yaxşı yuyun (kartofu seçərkən diqqət edin ki, üzərində qara nöqtələr olmasın) və qurulayın. Şəkildə göründüyü kimi incə şəkildə elə doğrayın ki, alt hissəsi kəsilməsin.
Hazırladığınız yağla kartof kəsiklərinin arasını və üzərini ehtiyatla sürtün. Kəsik aralarına rozmarin və kəklikotunun yarpaqlarını düzün, yarpaq əvəzində xırdalanmış toz rozmarin və kəklikotundan da istifadə edə bilərsiniz.
Beləliklə, kartof artıq sobaya qoyulmağa hazırdır :)
Akkardeon kartof 200 dərəcədə, 30-60 dəqiqə arası bişməlidir (kartofdan asılı olaraq vaxt dəyişir). Artıq bişdikdə və üzəri qızardıqda sobadan götürə bilərsiniz.