Qeyri-sağlam arıqlamağın acınacaqlı nəticələri! (Davamı)

Qeyri-sağlam arıqlamağın acınacaqlı nəticələri! (Davamı)

Sizinlə paylaşdığımız “Qeyri-sağlam arıqlamağın acınacaqlı nəticələri!” mövzusunu davam edirik. Bu gün sizi sağlam yolla artıq kilolardan azad olmaq və dərinin pis vəziyyətə düşməsinin qarşısını almaq üçün məsləhətlərlə tanış edəcəyik.

Düzgün qidalanma rejimi

Sağlam şəkildə piylənmə problemindən azad olmaq üçün ilk olaraq düzgün qidalanma rejiminə keçməlisiniz. Düzgün qidalanma dedikdə zərərli və çox kalorili qidaların rasiondan çıxarılması, gündəlik qəbul etdiyiniz kalorilərin sərf etdiyiniz enerji ilə düzgün uyğunlaşması başa düşülməlidir. Əgər sizin düzgün qidalanma haqqında anlayışınız kifayət qədər deyilsə və yanaşı olaraq şəkərli diabet, yüksək arterial təzyiq, qaraciyər, bağırsaqla bağlı problemləriniz varsa, onda siz mütləq həkim-dietoloqa müraciət etməlisiniz. Ancaq mütəxəssis sizi düzgün istiqamətləndirəcək.

 Dərinin elastikliyi və tonusunu saxlamaq üçün nə etmək lazımdır?

  • Tədricən arıqlamaq lazımdır, ayda 4-6 kq-dan artıq kilo vermək məsləhət deyil. Siz tədricən artıq piylərdən azad olduqca dəri də bu prosesə uyğunlaşa bilir;
  • Dərinin elastikliyinin pozulmaması üçün fiziki məşqlər etmək (fitness, Yoqa, və s.) şərtdir;
  • Ən vacib məsələlərdən biri isə dəri tonusunu saxlamaqdır, bu işdə sizə ev şəraitində bürünmələr və ya salon şəraitində müxtəlif prosedurlar kömək olacaq.

Son illər kosmetologiya sahəsi çox inkişaf etmişdir, eləcə də plastik cərrahiyə, lakin unutmayın ki, hər şey vaxtında ediləndə nəticəsi müsbət olur. Siz düzgün qidalanma ilə yanaşı, idman və dəri tonusunu qoruyacaq prosedurları etməlisiniz, əks təqdirdə şəkillərdə gördüyünüz acınacaqlı nəticələr sizi də gözləyir.

Onu da qeyd edək ki, “mən cavanam, dərim tez bərpa olacaq” deyə düşünmək böyük səhvdir, çünki burda yaşın heç bir əhəmiyyəti yoxdur, gördüyünüz kimi cavan bir qadın da gözəlləşmək istəyərkən hansı vəziyyətə düşüb.

Ev şəraitində çox effektiv bürünmələr haqqında aşağıdakı linklərdən məlumat ala bilərsiniz.

Yosunlu soyuq bürünmə

Gillə bürünmə  

Qırmızı bibərli bürünmə

Saytın “Hərəkətdə Ol” bölməsində isə arıqlamaq və formada qalmaq üçün müxtəlif məşqlərlə tanış ola  biləcəksiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top