Arıqladan yaşıl kokteyllər

Arıqladan yaşıl kokteyllər

Yaşıl kokteyllər son illər sağlamlıq üçün xüsusilə faydalı hesab olunan içkilərdir, bir neçə yaşıl bitkidən hazırlanan bu kokteyllər vitamin deposu olub sizi gündəlik lazımi vitaminlər, enerji ilə təmin edir. Ən əsası isə siz onları içirsiniz, artıq kilolardan qurtularaq sağlam, gözəl və incə olursunuz :)

Onu da qeyd edək ki, yaşıl kokteyllər insanı uzun müddət tox saxladığı üçün gündəlik qəbul etdiyiniz qidanın miqdarı azalmış olur.

Bu gün sizinlə 3 yaşıl kokteyl resepti paylaşmaq qərarına gəldik :) 

1. Yaşıl Kokteyl

4 çox yetişmiş kivi, 1 ədəd yetişmiş banan, 2 stəkan su, 3 ədəd kərəviz çubuğunu blenderdən keçirin və kokteyl hazırdır.

winter_green_smoothie2

2. Yaşıl Kokteyl

Bir böyük dəstə şüyüd, bir ədəd banan və bir stəkan suyu blenderdən keçirsəniz kokteyliniz hazır olacaq :)

3. Yaşıl Kokteyl

Bir neçə kahı yarpağı, 2 ədəd yaşıl alma, 1-2 stəkan su, 2 ədəd kərəviz çubuğu, bir qədər şüyüd yenə də blenderdən keçirilir və kokteyl hazırdır.

Qeyd! Kokteylləri hazırlanan kimi səhər yeməyindən əvvəl qəbul etmək lazımdır.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top