Qadın enerjisinin SİRRİ

Qadın enerjisinin SİRRİ

Hamımız ətrafımızda heç cür izahını bilmədiyimiz  hadisələrlə rastlaşırıq. Heç düşünmüsünüzmü niyə bir qadın gözəl və ağıllı olduğu halda tənhadır? Niyə bəzi qadınlar yaşından və görünüşündən asılı olmadan kişilərin ağlını başından alırlar, digərlərində isə heç nə alınmır? Niyə çox gözəl, həm ev işlərində, həm də iş həyatında uğurlu bir qadını həyat yoldaşı aldadır və ya tərk edir? Niyə bəzi ailələrdə cütlüklər arasında sevgi illərlə saxlanılır, digərlərində isə yox? Niyə bəzi qadınlar illər keçməsinə baxmayaraq cavan və gözəl qala bilirlər, digərləri isə tez qocalır?

Əlbəttə, suallara müxtəlif düşüncəli insanlar müxtəlif cavab verəcəklər. Lakin məsələnin məğzi qadın enerjisindədir, bəli, hər hansı enerjidən söhbət  getmir, məhz qadın enerjisi. Qadın nə qədər çox daxili enerjiyə malikdirsə onun həyatında hər şey uğurlu olacaq, o, idarə etməyi və cəlb etməyi bacaracaq.

Təbiət bizə təsəvvür etməyimiz qədər böyük enerji verib. Lakin müasir zamanda bu, hər kəs üçün əlçatan deyil.

2c397336c0b51f5a5069b7fdcf557885

Müxtəlif zamanlarda dünyanın müxtəlif yerlərində xüsusi məktəblər vardı. Burda qadınlar enerjini idarə etmək, onu necə çoxaltmaq və istifadə etmək barədə öyrənir və öyrədirdilər.

Qadın enerjisi kifayət qədər olan qadınlar asanlıqla həm şəxsi, həm də iş həyatlarını qura bilirlər, onlar həyatlarına rahatlıqlara sevgi, uğur, harmoniya və pul cəlb edə bilirlər. Belə qadınlar həyat yoldaşını böyük zirvələrə qaldıraraq onun uğur qazanmasına səbəb olurlar. Bu qadınlar görünüşləri ilə deyil, məhz enerjiləri ilə kişiləri cəlb edirlər.

Kişilər isə belə qadınları hiss edirlər, bu şüurlu bir proses deyil, onlar sadəcə hiss edirlər və belə qadınlar onların başını döndürür.

Hər birimiz bu enerjiyə sahibik, lakin müasir dövrdə stress, iş qadını enerjisindən məhrum edir və artıq 35-40 yaşına çatmış qadın həyatdan həzz ala bilmir. Beləliklə, kişilər digər enerji mənbəyi olan qadınları axtarmağa başlayırlar.

Bəs enerjimizi necə bərpa edək ki, uğur və sevgi yenidən bizimlə olsun? Bu haqda növbəti yazılarımızda :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top