Pressin 7 FAYDASI

Pressin 7 FAYDASI

Təəssüf ki, cəmiyyətimizdə bir çox qadınlar press dedikdə düşünürlər ki, bu ancaq kişilər üçündür və əgər onlar bu məşqi etsələr bədənləri kişi bədəninə bənzəyəcək, lakin bu, heç də belə deyil.

Press ilk növbədə gözəl və incə qarın deməkdir, amma bu, hamısı deyil.

Gəlin baxaq, preslə məşğul olmaq bizə nə verə bilər?

Gözəl görünüş və istədiyini geyinmək 

Press bizə piylərsiz, gözəl, düz qarın, istədiyimiz paltarı geyinərək gözəl görünmək imkanı verir. İncə bel və düz qarın qadın bədənini çox gözəl göstərir, bununla razılaşarsınız yəgin ki :) Əgər sizin sallaq və yekə qarnınız varsa, gözəl ayaqlar və üz cizgilərinə sahib olmağınızın heç bir əhəmiyyəti yoxdur.

Əziyyət çəkməmək

Bədənin gözəl görünməsi üçün müxtəlif karsetlərlə özünə əziyyət verən qadınlar kifayət qədərdir, ağır pəhrizlərdə oturanlar da o cümlədən. Lakin bütün bunların əvəzinə press və sağlam qidalanma sizə istədiyiniz bədən formasında olmağa imkan yaradacaq.

Komplekslərdən qurtulmaq  

Sallaq və piyli qarın əlbəttə ki, özünə olan dəyəri aşağı salaraq qadınların kompleksli olmasına gətirib çıxarır, onlar istədiklərini geyinə bilmir və güzgüdə özlərinə baxa bilmirlər. Özünü sevməmək isə gələcəkdə daha ciddi psixoloji problemlər və uğursuzluqlara gətirib çıxarır.

Three women doing sit-ups on exercise balls in gym

Xəstəliklərdən uzaq həyat

Fiziki məşqlər, o cümlədən də press sağlamlığın qorunmasında böyük rol oynayır. Preslə məşğul olmaq sizi mədə-bağırsaq, öd yolları, qaraciyər problemlərindən, qastrit, xora, kolit kimi xəstəliklərdən uzaq tutacaq. Press və press zamanı edilən düzgün nəfəs orqanları lazım olan oksigenlə təmin edir və  qan dövranını yaxşılaşdırır. Deməli, düz və gözəl qarın sağlamlıq üçün şərtdir.

İştahın azalması

Preslə məşğul olan insanlarda qarın əzələləri möhkəm olduğundan yemək yeyən zaman mədənin genişlənərək çox dolmasının qarşısını alır, bu da normadan artıq yeməyin qarşısını alır. Beləliklə, press sizə həm də arıqlamağa kömək edəcək.

Tənəffüsün normallaşması

Press zamanı düzgün edilən nəfəs və tənəffüs zamanı iştirak edən qarın əzələləri işlədiyindən bu, sizin nəfəs problemlərinizi aradan qaldıracaq, həmçinin yüksək arterial təzyiqi olanlarda təzyiqi normada saxlamağa imkan verəcək.

Güclü iradə və motivasiya

Hər gün press etmək iradəni möhkəmləndirir. Çünki siz çətin hərəkətləri hər gün daha yaxşı edərək məqsədinizə doğru addımlayısınız, bu da sizdə güclü iradə, çətinliklərə sinə gəlmək kimi xüsusiyyətləri inkişaf edir. Hər gün aldığınız nəticələr isə sizi uğur və motivasiyaya kökləyir.

Məhz uğura köklənən insanlar uğur qazanırlar, bunu unutmayın və preslə məşğul olmağa başlayın :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top