Armud deserti

Armud deserti

Bişirilmədən hazırlaya biləcəyiniz bu dadlı və faydalı resept çiy qidalanma mətbəxinə aiddir. Ləzzətli armud desertini hazırlamaq üçün bizə lazım olacaq:

  • 3-5 ədəd armud
  • 150 qr kişmiş
  • 150 ar ərik qurusu
  • 50 qr qoz
  • 2 xörək qaşığı bal
  • Bir neçə yarpaq nanə

Hazırlanma qaydası: kişmiş və ərik qurusunu 30 dəqiqəlik suda islanmağa qoyun. Armudları yuduqdan sonra baş hissəsini ehtiyatla kəsib içərisindən bir qədər lətini götürün (kənarlarını kəsməmək şərtilə).  Kişmiş və üzüm yumşaldıqdan sonra onları və qozu xırda şəkildə doğrayın. Armud lətini və balı da bu qarışığa əlavə edib qarışdırın. Armudun alt hissəsini nazik şəkildə kəsib hazırladığınız qarışığı içərisinə doldurun.

Süfrəyə verdikdə üzərini nanə yarpaqları, bal və şəkər pudrası ilə ilə bəzəyə bilərsiniz :)

Arzu Nəcəfova

3 thoughts on “Armud deserti

Aydan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top