Bu proseduru ev şəraitində etməklə siz qısa zamanda dərinizə inanılmaz tonus verərək, dərinizin bir neçə dəqiqə ərzində necə cavanlaşdığını hiss edəcəksiniz.
Sizə lazım olacaq: bir stəkan su, bir xörək qaşığı alma sirkəsi, bir qədər bal (dərinizə yetəcək qədər).
Bir stəkan suya bir xörək qaşığı alma sirkəsi töküb qarışdırın, alınan suyu losyon şəklində təmiz dəriyə (üz, boyun, dekolte nahiyəsi) çəkin. Losyonun dəriyə tam hopmasını gözləmək lazımdır.
Dəriyə hopduqdan sonra əllərinizi yaş edib balı götürün, əlinizin içində isidərək, qeyd olunan nahiyələrə ehmalca sürtün (bu bal üzdə qalır).
Daha sonra yenidən əlimizdə bir qədər isidilmiş balı əllərimizlə dəriyə xüsusi hərəkətlərlə yeridirik.
Hərəkət necə olunmalıdır?
Əlinizi bütün dəri boyu gəzdirəcəksiniz: ilk olaraq ovuc, daha sonra barmaqları toxundurmaqla bütün dəridəyə balı yeridin. Əlinizi dəriyə qoyduqda dəri qalxmalıdır və əliniz dəridən ayrılmalı deyil.
Bir sözlə, əli üzdən ayırmadan dəriboyu, bu hərəkəti etməlisiniz. Əgər prosedur sizə çətin gəlsə əli sadəcə dəriyə yapışdırıb götürün.
Prosedur beş dəqiqə ərzində edilir.
Qeyd: həssas dəriyə sahib xanımlar proseduru daha az etməlidirlər.
Hərəkəti etdikdən sonra dərinizi ilıq su ilə yuyub, soyuq su ilə yaxalayın.
Sonda dəriyə dəri tipinizə uyğun kremi çəkin.
Prosedurun faydası
Ləkələriniz solacaq, qırışlarınız azalacaq, dərinizin tonusu artaraq liftinq effekti alınacaq (dərinin dartılması).
Nəticədə siz çox daha cavan, gözəl, təravətli və parlaq dəriyə sahib olacaqsınız :)