Yağlı saçların bitkilərlə müalicəsi

Yağlı saçların bitkilərlə müalicəsi

Seboreyadan (dəri və saç yağlanması) azad olmaq üçün çox faydalı reseptlər:

  1. Saçları yaxalamaq üçün bərabər miqdarda aptek çobanyastığı, gülümbahar çiçəkləri, bağayarpağı yarpaqları götürülür. Qarışıqdan 4 xörək qaşığı götürərək üzərinə 300 ml qaynar su əlavə edilir və bir gecə termosda dəmlənir. Saçlar təmiz yuyulduqdan sonra başın dərisinə sürtülür.
  2. 100 qr xırdalanmış gicitkən kökləri, hərəsindən 50 qr atpitrağı kökləri, kəklikotu və lavanda otu, hərəsindən 5 yarpaq sarmaşıq və oleandr qarışdırılır. Yığıntının üzərinə 1,5 litr üzüm sirkəsi əlavə olunur və ağzı bağlı olaraq yarım saat bişirilir. Soyuduqdan sonra süzülür, bir xörək qaşığı alınan cövhər bir stəkan suda həll edilir. Yağlı seboreya zamanı həftədə bir dəfə 3-5 dəqiqə ərzində saç dibinə sürtülür.
  3.  Bir hissə palıd qabığı tozu ilə beş hissə su qarışdırılır və bişirmə hazırlanır. Bir stəkan bişirməyə az miqdarda bal əlavə edilərək saç dibinə sürtülür.

Fitoterapevt Dr. Elnur Rəhimov

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top