Daima stress altında olan qadınlar üçün

Daima stress altında olan qadınlar üçün

Stress vəziyyətini aradan qaldırmaq üçün xalq təbabətindən çox effektiv reseptlər:

– 10 xörək qaşığı istiotlu nanə yarpağı, 3 xörək qaşığı qaraqınıq otu, hərəsindən 5 xörək qaşığı pişikotu kökü və mayasarmaşığı qozası qarışdırılır. Yığıntıdan 2 xörək qaşığı götürülür, üzərinə 450 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür, sərin və qaranlıq yerdə saxlanılır. 1/4 stəkandan gündə 2 dəfə olmaqla yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.

Qəbul müddəti 10-15 gündür.

– 3 xörək qaşığı pişikotu kökü, 2 xörək qaşığı damotu otu, hərəsindən 1 xörək qaşığı mayasarmaşığı qozası və istiotlu nanə yarpağı xırdalanaraq qarışdırılır. Yığıntıdan 1 xörək qaşığı 200 ml (1 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir və otaq temperaturunda 30 dəqiqə saxlandıqdan sonra süzülür. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul edilir.

Dr. Elnur Rəhimov

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top