Az kalorili, çox faydalı qulançar.

Az kalorili, çox faydalı qulançar.

Kalorisi çox az, özü çox dadlı və faydalı olacaq bir qida axtarırsınızsa bu, qulançardır. Qulançarın başqa adı asparaqusdur. Maraqlı adı olan bu bitkinin 100-dən çox növü var.

Sağlam qida həvəskarlarının çox sevdiyi bu bitki həm də kalorisinin azlığına görə mətbəximizə mütləq əlavə etməli olduğumuz bitkilərdəndir :) Belə ki, 100 qr-da cəmi 20 kalori var.

Tərkibi liflərlə zəngin olan qulançar A, E, C, K, B qrup vitaminləri, həmçinin fol turşusu, selen, kalium, kalsium, dəmir, asparagin, karotin, saponin kimi lazımlı minerallarla zəngindir. may_020

Faydası  

  • Qanı və qaraciyəri zəhərli maddələrdən təmizləyir
  • Bədəndən artıq mayeni çıxarır
  • Tərkibində olan asparagin ürək və böyrəyin fəalliyətinə müsbət təsir göstərir
  • Yüksəlmiş arterial təzyiqi aşağı salır
  • Podaqra, böyrək və sidik sistemi xəstəlikləri olan xroniki nefrit, böyrək ləyəninin iltihabı, sidik kisəsi və sidik yollarının iltihabında faydalıdır

Çünki  orqanizmdən xloridlər, fosfatlar, sidik turşusunu çıxarır

Qulançarı alıb saxlamaq məsləhət deyil, faydalı xüsusiyyətlərinin azalmaması üçün elə aldığınız gün istifadə edin. Yox əgər bir müddət saxlamaq istəsəniz onu adi çiçək kimi güldanda suyun içində saxlamaq lazımdır, belə vəziyyətdə qulançar bir həftə faydasını saxlamış olur.

Necə hazırlamalı?

Faydalı olması üçün onu 3-5 dəqiqə suda bişirmək kifayət edir, bişdikdən sonra onu salatlara əlavə edə və ya ayrıca şəkildə yeyə bilərsiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top