Piylərdən azad olmaq istəyənlər niyə lobyanı seçməlidirlər?

Piylərdən azad olmaq istəyənlər niyə lobyanı seçməlidirlər?

Lobyanı sevməyən az insan tapılar yəqin ki, xüsusilə də lobya pəhriz saxlayan xanımlar üçün əvəzedilməz qidadır :)

Lobyanı həm də ona görə sevirəm ki, azkalorili olmağı ilə yanaşı uzun müddət insanı tox saxlayır, bu isə incəlmək istəyənlər üçün vacib məqamdır.

Lobyanın daha hansı faydaları var, gəlin baxaq.

Ağ lobya 116817

100 qr-da 102 kalori var. Tərkibi, xüsusilə liflərlə zəngindir, lifli qidalar isə bədənimiz üçün vacibdir, xüsusilə də piylənmədən azad olmaq istəyənlər üçün. Ətraflı burdan oxuya bilərsiniz: lifli qidalar bağırsaqların dərmanı

Bir stəkan ağ lobya gündəlik lif tələbatını ödəyir.

Şirniyyat yemək istəyini azaldır və buna görə də çoxumuzun “dərdi” olan bel nahiyəsindəki piyləri azaltmış olur :)

Tərkibində olan kalsiummaqnezium dişlərin və sümüklərin möhkəmlədir, kalium isə ürəyin ritm pozğunluqları və aterosklerozda xüsusilə faydalıdır.

Qanda şəkərin miqdarını tənzimlədiyi üçün şəkərli diabet xəstələri üçün xüsusilə faydalıdır.

Diqqət! Tərkibində purinlər olduğu üçün podaqranefritdən əziyyət çəkənlərə yemək məsləhət deyil. Həmçinin, qastrit, xora xəstəliyi, xolesistit, kolitdə yemək məsləhət deyil.

Qırmızı lobya sorta-fasoli-19

100 qr-da cəmi 93 kalori var. Tərkibi liflərlə zəngin olduğu üçün uzun müddət toxluq hissi yaradır, həmçinin bədəni toksinlərdən təmizlədiyi üçün kilo atmağa atmağa kömək edir.

Qanazlığından əziyyət çəkənlər üçün çox faydalıdır, belə ki, hemoqlobinin miqdarını artırır.

Tərkibi B qrup vitaminlərlə zəngindir, xüsusilə də B6. Məhz bu qrup vitaminlərə görə sinir sistemi, immun sistemin fəaliyyətini və dərinin vəziyyətini yaxşılaşdırır.

Onkoloji xəstəliklərin və şəkərli diabet yaranmasının qarşısını alır.

Qeyd: qırmızı lobyanı çiy yemək olmaz, tərkibində toksiki maddələr olduğu üçün onu mütləq suda saxlamaq və daha sonra bişirmək lazımdır.

Diqqət! Hamilə qadınlara və 12 yaşa qədər uşaqlara qırmızı lobyanı həftədə bir dəfədən çox yemək məsləhət deyil.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top