Babasilin (hemorroy) bitkilərlə müalicəsi

Babasilin (hemorroy) bitkilərlə müalicəsi

Babasil kifayət qədər yayılmış bir xəstəlik olub, xüsusilə qəbizlikdən əziyyət çəkən insanlarda, hamiləlikdən sonra qadınlarda, oturaq həyat tərzi həyat keçirən  insanlarda rast gəlinir. Həyat keyfiyyətini çox aşağı salan bu xəstəliyin bitkilərlə müalicəsi ilə sizi fitoterapevt Dr. Elnur Rəhimov tanış edir.

semena-lna-11Dəmləmə:

Hərəsindən 1 xörək qaşığı olmaqla palıd qabığı, zəyərək (kətan) toxumuaptek çobanyastığı çiçəyini qarışdırın. 1 xörək qaşığı yığıntının üzərinə 250 ml qaynar su əlavə edin. Qaynar su hamamında 10 dəqiqə qaynatdıqdan sonra 2 saat ərzində dəmləyib süzün. Dəmləməni yarım stəkandan gündə 2-3 dəfə, yeməkdən 20 dəqiqə əvvəl daxilə qəbul edin.

Dəmləmə:

Kövrək murdarça qabığı, dərman gülxətmi kökü, damotu otunun hərəsindən 2 xörək qaşığı, razyana toxumu, zəyərək toxumubiyan kökünün isə hərəsindən 1 xörək qaşığı götürüb qarışdırın. Qarışıqdan 1 xörək qaşığı termosa tökün, üzərinə 250 ml qaynar su əlavə edin və bir gecə saxlayın. Süzdükdən sonra hər gecə yatmamışdan qabaq yarım stəkan için.

Bu dəmləmə qəbizliklə müşayiət olunan babasil zamanı faydalıdır.

stat93Bal ilə müalicə:

625 qr bal, 375 qr 3 illik aloe şirəsi və 625 ml qırmızı şərabı qarışdırın. 5 gün ağzıbağlı qabda sərin və qaranlıq yerdə saxlayın. 5 gün müddətində gündə 1 dəfə 1 çay qaşığından, yeməkdən 1 saat qabaq qəbul edin. Sonra isə 3-7 həftə müddətində gündə 3 dəfə 1 çay qaşığından qəbul edin.

Müəllif: fitoterapevt Dr. Elnur Rəhimov

Arzu Nəcəfova

One thought on “Babasilin (hemorroy) bitkilərlə müalicəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top