Bütün dəri tipləri üçün kəsmikli maskalar

Bütün dəri tipləri üçün kəsmikli maskalar

Bir neçə mənbədən oxumuşdum ki, Kleopatranın süd vannaları əslində süddən deyil, kəsmikdən imiş :) Qədim yunanlar belə dəri qulluğu üçün kəsmiyə böyük yer verirlərmiş.

Kəsmiyin dəri üçün faydasına heç birimizin şübhəsi yoxdur, ona görə də bu gün sizinlə çox sevdiyim kəsmikli maskalarla sbölüşmək istəyirəm.

I maska normal dərilər üçündür

Normal dəri üçün kəsmikli maskanı hazırlamaq üçün bizə 1 xörək qaşığı yağlı kəsmik, 1 xörək qaşığı xama, yarım çay qaşığı duz lazım olacaq.

Hazırlanması: kəsmik xama ilə qarışdırılır, duz əlavə edilir və yaxşıca qarışdırılır. Dəridə 15-20 dəqiqə saxlayıb, əvvəlcə isti su, sonra sərin su ilə yuymalısınız.

II maska  quru dərilər üçündür tvoroq

3 çay qaşığı yağlı kəsmiklə 1/3 hissə avokado qarışdırlır. 15-20 dəqiqə saxladıqdan sonra əvvəl isti su, sonra sərin su ilə yuyulur.

Bu maska xüsusilə təravətini itirmiş, yaşlı dərilər üçün çox faydalıdır. Nəmləndirir, qidalandırır və ən əsası cavanlaşdırıcı təsir göstərir.

III maska yağlı dərilər üçündür

2 çay qaşığı kəsmik, 1 çay qaşığı bal, yerkökü suyu 1 çay qaşığı, 5 damcı kətan toxumu yağı.

Hazırlanması: bütün inqridientlər qarışdırılır, dəridə 15-20 dəqiqə saxladıqdan sonra əvvəl isti su, sonra sərin su ilə yuyulur.

Dəridəki iltihabı və kiçik qırışları aradan qaldırır, qabıqlardan təmizləyir.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top