“Quru göz” sindromu nədir və necə müalicə olunur?

“Quru göz” sindromu nədir və necə müalicə olunur?

Əgər sizin də gözləriniz  kompüter qarşısında oturarkən ağrıyırsa, bu yazı sizin üçündür, mütləq sona qədər oxuyun.

Quru göz” sindromu

Quru göz sindromu gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığı nəticəsində meydana gəlir.

Onun fəsadları isə gözün ön qişalarının zəif, lakin daimi iltihabı ilə nəticələnir.

Quru göz həmçinin, keratitis sicca termini ilə adlandırılır ki, bu da göz yaşının həm miqdarının, həm də keyfiyyətinin azalması ilə müşayiət olunur. Quru keratokonyunktivit isə həm buynuz qişanı, həm də konyuktivanı zədələyən quruluqdur.

Quru gözün simptomları (əlamətləri)

Daimi quruluq, göynəmə, qızartı və yanma hissi quru gözün əsas simptomlarıdır. Bu əlamətlərdən biri belə sizin göz həkiminə müraciət etmək üçün səbəb ola bilər. Bu zaman göz həkimi sizin göz yaşının miqdarını ölçmək istəyə bilər. Aşağı göz qapağınızın altına qoyulan nazik filter kağızı – Şirmer testi adlanır və sizin göz yaşı istehsalınızı müəyyən edir.
Quru gözün daha bir əlaməti yad cisim hissiyatıdır ki, bu zaman sanki siz gözünüzdə nəsə qalmış kimi hiss edirsiniz.

Və bu nə qədər qəribə səslənsə də, quru göz sindromu gözün sulanmasına səbəb ola bilər. Bu ondan irəli gəlir ki, bəzən gözün üst qişalarının quruması onda göz yaşı istehsalını artıra bilir.

Quru gözün səbəbi nədir?

Göz yaşı gözü yuyaraq, onu ərtaf mühitin tozundan təmizləyir və gözümüzü nəm saxlayır. Bundan başqa, göz yaşının tərkibindəki fermentlər gözdə yaşayan mikroorqanizmləri neytrallaşdırır. Bir sözlə, gözün sağlamlığı üçün göz yaşı çox vacibdir.

Göz yaşı ümumilikdə müxtəlif elementlərdən təşkil olunmuşdur ki, onlardan biri də göz qapaqlarındakı meybomi vəziləri tərəfindən ifraz edilən yağdır. Bu yağ göz yaşının buxarlanmasının qarşısını alır. Quru göz sindromu zamanı göz yaşı vəziləri və ya göz ətrafı vəzilər kifayət qədər maye ifraz etmir, ya da meybomi vəzilərinin disfunksiyası yağ ifrazını azaldır ki, bu da mayenin tez buxarlanmasına səbəb olur.

Bu buxarlanan quru göz adlanır və hal-hazırda quru gözü yaradan əsas səbəb hesab edilir. dry-eye
Quru göz sindromuna çox amillər səbəb ola bilər. O, təbii qocalmanın nəticəsi kimi meydana çıxa bilər (xüsusilə qadınlarda menapauza zamanı); bir çox dərmanların, məsələn, antihistamin, antidepressant, qan təzyiqi, Parkinson zamanı istifadə edilən və ya hamiləliyə qarşı həblərin əlavə təsiri olaraq; və ya sizin yaşadığınız iqlimin quru və tozlu olmasının nəticəsi kimi yarana bilər.
Əgər sizin evinizdə və ya iş yerinizdə kondisioner və ya isidici sistem varsa, bu da gözlərinizin qurumasına səbəb ola bilər. Başqa bir səbəb kimi, sizin kompüterə baxan zaman gözlərinizi az qırpmanızı göstərmək olar.

Quru gözlər həmçinin, qurdeşənəyi, revmatoid artrit, Şeqren sindromu (quru gözlər, ağızda quruluq və revmatoid artrit və ya qurdeşənəyi) kimi sistem xəstəliklərinin simptomu kimi biruzə verir. Uzun müddət kontakt linza gəzdirmək gözlərdə quruluğa səbəb ola bilir; biq qayda olaraq, quru gözlər linza geyinən insanları ən çox narahat edən faktor olur.

Son tədqiqatlar göstərir ki, gözlərin quruluğu və kontakt linza istifadəsi qüsurlu dövran yarada bilir. Belə ki, gözlərin quruluğu linza gəzdirən zaman diskomfort hissi yaradır, linzalardan mayenin buxarlanması isə əlavə quruluğa səbəb olur. Linzalar üçün yeni materiallar və qulluq vasitələri onların qurumasının qarşısını ala bilər.

Digər səbəblər kimi göz qapaqlarının natamam bağlanmasını, göz qapağı xəstəliklərini və göz yaşı vəzilərinin patologiyasını göstərmək olar.

Göz yaşı 3 əsas komponentdən ibarətdir:

Xarici, yağlı komponent
Orta, göz yaşı komponenti
Daxili, selik və mutsin təbəqəsi
Hər bir komponent vacib funksiyanı yerinə yetirir. Məsələn, əgər yağ təbəqəsi göz yaşının buxarlanmasının qarşını alırsa, mutsin onun gözdə uzun müddət qalmasına xidmət edir.

Hər bir komponent ayrı vəzi tərəfindən ifraz edilir:

Xarici yağ təbəqəsi göz qapaqlarındakı meybomi vəziləri tərəfindən ifraz edilir.
Maye komponenti gözlərin xarici bucağında yerləşən göz yaşı vəziləri tərəfindən istehsal olunur.
Daxili mutsin komponenti konyunktivadakı qədəhəbənzər hüceyrələr tərəfindən ifraz olunur.
Bu mənbələrdən hər hansı birinin problemi göz yaşının qeyri-sabitliyinə və quru göz sindromuna gətirib çıxara bilir.
Quru gözlər daha çox qadınlarda, ola bilsin ki, hormonal qeyri-sabitliklə əlaqədar olaraq, rast gəlinir. Tədqiqatlar göstərir ki, kişilərdə quru göz yaşla əlaqədar artmağa başlayır.

Son araşdırmalara görə, siqaret çəkmə, həmçinin gözlərin qurumasına səbəb olur
. Bundan başqa, son zamanlar göz qapaqlarında aparılan estetik əməliyyatların sayının artması, onların fəsadı kimi, göz qapaqlarının natamam bağlanması zamanı da gözlərin quruması baş verir.

Quru göz sindromu nə dərəcədə yayılmışdır?

Quru gözlər və quru göz sindromu, xüsusilə yaşlılar arasında çox yayılmışdır. Allerqanın sifarişi ilə aparılan sorğu nəticəsində məlum olub ki, quru göz sindromu əvvəllər hesab edildiyindən daha çox yayılmışdır.

Araşdırmalar göstərir ki:

Amerikada yaşlı insanların 48 faizi mütəmadə olaraq quru gözdən əziyyət çəkirlər.
45-54 yaşlı, gözlərində quruluq olan qadınların 42%-i bu vəziyyətlə əlaqədar görmənin dumanlanmasından şikayət edir.
Qadınlar kişilərə nisbətən daha tez-tez kompüter arxasında işləyən zaman gözlərinin qurumasından şikayət edirlər (62% qadınlar, 44% kişilər).
Yaşlı insanların 43%-I gözlərindəki quruluğa görə oxumaqda çətinlik çəkdiklərini söyləyirlər.
55 yaşdan yuxarı insanlar arasında 30% kişilər və 19% qadınlar 10 ildən artıq gözlərində quruluğun olduğunu bildirirlər.
19% yaşlı insanlar bildirir ki, həftədə 5 dəfə quruluğa qarşı reseptsiz damcılardan istifadə edirlər.
63% reseptsiz quruluğa qarşı damcı istifadə edən insanların dediyinə görə, bu damcılar ya effekt vermir, ya da yalnız bəzi əlamətləri aradan qaldırmağa qadirdir.
Həmçinin, sorğu göstərdi ki, yetkin yaşlı amerika əhalisinin demək olar ki, yarısında quru göz sindromu əlamətlərinin olmasına baxmayaraq, onlar yardım üçün mütəxəssisə müraciət etməyiblər. Sorğulanan insanların 69%-i bildirdi ki, quruluq sindromunun müalicəsi üçün həkimə müraciət etməyib.

The Allergan Dry Eye Survey 2011-ci ili mart ayında 2411 yetkin (18 yaşdan yuxarı) insanı sorğulamış və quru göz sindromuna görə yoxlamadan keçirmişdir.

Quru gözlərin müalicəsi

Quru göz sindromu xroniki və çox zaman inkişaf edın proses olub, səbəbindən asılı olaraq sonacan müalicə olunmur. Lakin quruluq, göynəmə, yad cisim hissiyatlarını aradan qaldırmaq mümkündür. Quru göz sindromunun səbəbləri çox olduğuna görə, müalicə zamanı da müxtəlif üsullardan istifadə olunur.

kuru-goz-sendromu1jpgGöz damcıları və başqa lubrikantlar. Sizin həkiminiz yağlayıcı göz damcılarından ibarət süni göz yaşı təyin edə bilər. Bu damcılar göynəmə və quruluq hissini aradan qaldıra bilər. Bəzi süni göz yaşları lipid çatışmazlığı kimi problem aradan qaldıra bilmir.
Bəzən isanlar “qızartını götürmək üçün” reklam olunan (damardaraldıcı) damcılardan istifadə edir. Bu damcılar qızartını aradaq qaldırmaqla yanaşı, tərkibindən asılı olaraq, gözünüzün nəmləndirilməsində iştirak edə və ya etməyə bilərlər. Bundan başqa, bir müddətdən sonra sizin gözləriniz bu damardaraldıcı maddəllərin təsirinə öyrəşir ki, bundan sonar gözlərinizdəki qızartı daha da arta bilir. Qızartını aradan qaldıran damcıların həddən artıq istifadəsi isə daha ağır fəsadlara səbəb ola bilər.
Əgər siz kontakt linza gəzdirirsinizsə, bilməlisiniz ki, bəzi süni göz yaşlarının istifadəsi zamanı linzaları gözlərinizdən çıxarmalısınız. Damcının istifadəsindən sonar 15 dəqiqə gözləyib (etiketinə baxıb, dəqiqləşdirin) linzaları yenidən taxa bilərsiniz.
Əgər gözlərinizdəki quruluq cüzidirsə, nəmləndirici damcıların istifadəsi sizin vəziyyətinizi yaxşılaşdıra bilər. Lakin çox zaman bu, müvəqqəti xarakter daşıyır.
 İstifadə etdiyiniz istənilən göz damcısının etiketini diqqətlə oxuyun, daha yaxşısı, hər hansı bir damcını reseptsiz almazdan əvvəl öz oftalmoloqunuzla məsləhətləşin.

Bu zaman siz daha çox pula qənaət etmiş olacaqsınız. Çünki yalnız mütəxəssis sizin gözlərinizə daha uyğun və effektiv, linzalarınızla ahəngdə təsir göstərə biləcək vasitəni sizə məsləhət görə bilər.

Meybomi vəzilərinin tıxanması

Meybomi vəzilərinin disfunksiyası (MVD) son zamanlar gözlərdəki quruluğa ən çox səbəb və ya vasitəçi olan patologiyadır. LipiFlow müalicəsi (TearScience) ambulator prosedur olub, bağlanmış meybomi vəzilərinin təmizlənməsindən ibarətdir. Bəzi həkimlər pasientlərə evdə gözlərinə isti kompreslər etməyi məsləhət görür, sonra isə meybomi vəzilərini əlləri ilə təmizləyirlər.
Ətraf mühit

Əgər problem ətraf mühitlə əlaqədardırsa, açıq məkanlarda günəş, külək və tozdan gözlərinizi qorumaq üçün gün eynəklərindən istifadə edin.
Son tədqiqatlar göstərir ki, soyuq havada gözlərdə quruluğun əmələ gəlməsinə səbəb ola bilir. Odur ki, soyuq və küləkli iqlimdə yaşayırsınızsa, evdən çıxanda mütləq eynəkdən istifadə edin. Qapalı məkanlarda hava təmizləyicisi havadakı tozu filtrasiya edir, eyni zamanda nəmləndirici kondisioner və isidici ucbatından qurumuş havanı nəmləndirir.

 Göz yaşı nöqtəsinin tıxanması

Müvəqqəti və ya daimi silikon plaqlar sizin göz qapağınızdakı göz yaşı nöqtələrinə yerləşdirilərək, göz yaşının gözlərinizdən axıb getməsinin qarşısını alacaq. Lakrimal və ya punktal plaqlar sizin göz yaşı nöqtələrinizə ambulator şəraitdə və tamamilə ağrısız şəkildə yerləşdirilir və siz onları hiss etmirsiniz. Akrildən hazırlanan yeni növ plaqlar göz yaşı nöqtələrinə yerləşdirildikdən sonra sizin bədən temperatirinizin təsirindən gel şəklinə düşərək, göz yaşı kanalının ölçüsünə uyğunlaşır.
Bu plaqların üstünlüyü ondadır ki, onların ölçüsü hamıya uyğundur və əvvəlcədən ölçmə aparmağa ehtiyac yoxdur. Həmçinin, onlar kanaldan xaricə çıxaraq, qıcıqlanmaya da səbəb olmurlar.
Başqa bir növ plaqlar isə hidrogel materialından hazırlanır və temperaturun təsirindən geləbənzər maddəyə çevrilir. Onu gözdən xaric etmək tələb olunur və sizin göz həkiminiz asanlıqla onu fizioloji məhlulla yuyaraq, xaric edə bilər.
Düzdür, bəzi insanlarda plaqlar fayda vermir və onların göz yaşı nöqtələri cərrahi üsulla bağlanmalıdır.

Qidalanma və nəmləndirmə omega-3-capsules

Bəzi həkimlər quru gözə qarşı qida əlavələri məsləhət görürlər. Araşdırmalar göstərir ki, omeqa-3 tərkibli qidaların istifadəsi gözlərdəki quruluğun aradan qaldırılmasına yardım edir. Omeqa-3 yağ turşuları ilə ən çox dərinlik balıqları, məsələn, sardina, treska, siyənək və qızıl balıq zəngin olur. Həmçinin, bəzi həkimlər quru gözə qarşı kətan yağını məsləhət görürlər.

Çox miqdarda su içmək yardım edə bilər. Suyun az içilməsi gözdəki yüngül quruluğun dərəcəsini daha da artıra bilir. Quru,isti, küləkli havalarda bu xüsusilə aktualdır. Sadəcə olaraq daha çox su içmək bəzən quru göz sindromunu aradan qaldıra bilir. Ekspertlərin dediyi kimi, orqanizm üçün tələb olunan suyun 20%-i yediyimiz qida vasitəsilə daxil olur, qalan 80%-i içdiyimiz mayelər vasitəsilə bərpa etməliyik. Ən gözəl seçim su, 100% təbii meyvə və tərəvəz şirələri və süddür.

Dərman maddələri 

Əgər gözlərin quruluğunun səbəbi dərman maddələridirsə, bir qayda olaraq, bu preparatların qəbulunun dayandırılması quruluğun aradan qalxmasına səbəb olur. Lakin belə olduqda, dərmanın effekti quruluq kimi əlavə təsirinə qarşı müqayisə edilməlidir. Bəzən preparatın eyni təsirli dərmanla əvəz edilməsi müalicəni dayandırmadan, quruluqdan azad olmağa yardımçı olur. Hər halda, müalicə həkiminizlə məsləhətləşməmiş dərmanlarınızı ləğv etməyin!
 

Göz qapaqlarının xəstəlikləri

Göz qapağı xəstəliklərinin, məsələn, blefaritin müalicəsi də quruluğun azalmasına səbəb olur. Bu, çox zaman antibiotik və ya steroid damcıların istifadəsi zamanı və ya göz qapağının antibakterial şampun vasitəsilə zədələnməsi nəticəsində baş verə verir.
Kontakt linzalar 

Əgər gözlərdəki quruluğun səbəbi kontakt linzalardırsa, göz həkiminiz sizin linzalarınızı dəyişdirə bilər və ya öz linzalarınızı gündə bir neçə saat geyinməyinizi xahiş edə bilər. Bəzi hallarda quruluq problemi həll olunana qədər kontakt linzalardan istifadə dayandırıla bilər.

 Görmənin korreksiyası əməliyyatı

Quru gözlər və LASİK, bir qayda olaraq, pis kombinasiyadır. Əgər siz LASİK əməliyyatı planlaşdırırsınızsa, bilməlisiniz ki, quruluq əməliyyatın təxirə salınmasına səbəb ola bilər. Ən azı problem aradan qalxana qədər. Quru göz sindromu, həmçinin LASİK əməliyyatından sonra sağalmanı ləngitdiyinə görə, cərrahlar əməliyyatdan öncə gözlərdəki quruluğu müalicə edirlər. Bu, görmə korreksiyasının başqa tip əməliyyatlarına da aid edilir.

 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top