Cavanlaşdırıcı buğda cücərtisi

Cavanlaşdırıcı buğda cücərtisi

Buğda cücərtisinə olan marağım cavanlaşdırıcı xüsusiyyətinə görə yaranıb.  Haqqında ilk dəfə oxuduğumda “Mütləq alıb istifadə etməliyəm”, deyə düşündüm və təxminən 3 ay buğda cücərtisi yeməyimin nəticəsini sizinlə bölüşmək istəyirəm.

İlk növbədə onu deyim ki, həqiqətən cavanlaşdıcı təsiri var və dərini elastik, möhkəm edir, rəngini açır.

Üzümdə, göz ətrafı və boynumdakı xırda qırışlar təxminən 2 həftə qəbuldan sonra azalmağa və yoxa çıxmağa başladı.

Təxminən 2 aydan sonra çoxdan görmədiyim qısa saçları görməyə başladım, artıq yeni tüklər çıxmışdı.

Saçımın tökülməsi isə təxminən 10 gün sonra dayandı.

Bədənimin dərisi xeyli bərkimişdi, sanki aylardır fitneslə məşğulam, bu buğda cücərtisi tərkibinin 26% zülaldan ibarət olması, amin turşuları ilə zəngin olması ilə bağlıdır.

Enerjim birə beş artmışdı.
Məncə hər kəsin süfrəsində buğda cücərtisi olmalıdır. Qiyməti ilə faydası o qədər tərs mütənasibdir ki, artıq buğda dənələrini əlimdə tutarkən belə onlara qarşı qəribə hisslər yaranır, bu qədər kiçik və bu qədər böyük gücü olan möcüzəvi buğda.  ?
Yeni faydalı yazılarımı Instagram səhifəmdən oxuya bilərsiniz: https://www.instagram.com/womheg/

Bir sözlə, yaxşı görünmək, enerjili və sağlam olmaq istəyirsinizsə, 1 kq-ı cəmi 50 qəpiyə olan buğdanı almağa tələsin.  ?

Arzu Nəcəfova

One thought on “Cavanlaşdırıcı buğda cücərtisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top