Çiyələyin qadın dərisi və bədəninə faydası

Çoxları sağlam qidalaların heç də dadlı olmadığını düşünür.  ? Bəs çiyələyə ? nə deyirsiniz? Ətirli, dadlı və faydalı olduğuna heç kim şübhə etməz məncə.

? Belə ki, B qrup vitaminlər, #vitamin A, C, E, PP, həmçinin ürəyimiz, sümüklərimiz, sinir sistemimiz üçün vacib olan #kalium#kalsium#maqnezium#yod, sinklə zəngindir.

? Tərkibindəki fol turşusu #hamilə qadınlar üçün xüsusilə əhəmiyyətliir.

? Bağırsağın işini yaxşılaşdırdığından #qəbizlik zamanı kömək edir.

? Tərkibindəki #fizetin maddəsi süd vəzi #xərçəng hüceyrələrinin inkişafına öldürücü təsir göstərir, həmçinin Alzgeymer xəstəliyi ilə mübarizə aparır.

Çiyələkdən olan maskalar dərini ağardır, nəmləndirir və dəri tonunu eyniləşdirir. Çiyələkdən maska hazırlamaq istəsəniz, çiyələyi əzərək onu #xama və ya balla qarışdırıb istifadə edə bilərsiniz.

Daha çox faydalı məlumat əldə etmək üçün bloqumun “Sağlam Mətbəx” bölməsi ilə tanış olun. ?

Yeni və faydalı məlumatları daha tez Instagram səhifəmi izləyərək xəbərdar ola bilərsiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top