Çoxları sağlam qidalaların heç də dadlı olmadığını düşünür. ? Bəs çiyələyə ? nə deyirsiniz? Ətirli, dadlı və faydalı olduğuna heç kim şübhə etməz məncə.
? Belə ki, B qrup vitaminlər, #vitamin A, C, E, PP, həmçinin ürəyimiz, sümüklərimiz, sinir sistemimiz üçün vacib olan #kalium, #kalsium, #maqnezium, #yod, sinklə zəngindir.
? Tərkibindəki fol turşusu #hamilə qadınlar üçün xüsusilə əhəmiyyətliir.
? Bağırsağın işini yaxşılaşdırdığından #qəbizlik zamanı kömək edir.
? Tərkibindəki #fizetin maddəsi süd vəzi #xərçəng hüceyrələrinin inkişafına öldürücü təsir göstərir, həmçinin Alzgeymer xəstəliyi ilə mübarizə aparır.
Çiyələkdən olan maskalar dərini ağardır, nəmləndirir və dəri tonunu eyniləşdirir. Çiyələkdən maska hazırlamaq istəsəniz, çiyələyi əzərək onu #xama və ya balla qarışdırıb istifadə edə bilərsiniz.
Daha çox faydalı məlumat əldə etmək üçün bloqumun “Sağlam Mətbəx” bölməsi ilə tanış olun. ?
Yeni və faydalı məlumatları daha tez Instagram səhifəmi izləyərək xəbərdar ola bilərsiniz.