Cökə çiçəyi ilə tanışlığım çox maraqlı olub. ? Haqqında oxuyub, çox eşitsəm də istifadə etməmişdim. Bu ilin fevral ayında dərman qəbul etməyimə və ciddi heç bir problemin olmasına baxmayaraq bir neçə gün qızdırmam düşmürdü. İşdə belə vəziyyətdə işləməyin necə çətin olduğunu təxmin edirsiniz. ?
Ofisin mətbəxində çalışan bir xanım vardı və bitkiləri ?sevdiyimi bilirdi. Dolabda saxladığı bir neçə bitkini göstərib, bəlkə bunlardan içəsən dedi. Digərləri illərlə içdiyim bitkilər idi, ona görə aralarından heç vaxt içmədiyim, haqqında çox eşitdiyim cökə çiçəyini götürüb dəmlədim.
Təxminən bir saat sonra başağrısı (qızdırma nəticəsində) tamamilə keçdi, qızdırmam düşdü və özümü həqiqətən çox yaxşı hiss elədim.
Ondan sonra cökəni daha çox sevirəm.? Cökə haqda başqa faydalı məlumatları da sizinlə bölüşmək istəyirəm.
Cökə ?qızdırma zamanı çox gözəl tərlədici və spazmolitik təsir göstərir. ?Öskürək və bəlğəm varsa, mütləq cökə qəbul edin. ?Aybaşı ağrıları, həmçinin aybaşı pozulmalarında cökə çiçəyi faydalıdır.
?️ Onu da qeyd edim ki, mən bitkiləri aptekdən almıram, çünki aptekdə çox hallarda bağlı qutular olur, tərkibi görünmür. Həmçinin, xırdalanmış halda bitkilərə güvənmirəm. Dərman bitkilərini ancaq Propolis mağazasından alıram.