Diş əti xəstəlikləri və palıd qabığı

Diş əti xəstəlikləri və palıd qabığı

Diş əti qanamaları, diş əti iltihabı xəstəliklərindən bir çoxları əziyyət çəkir. Ona görə bu gün ağız boşluğu xəstəliklərində çox faydalı olan palıd qabığı barədə məlumatı sizinlə bölüşmək istəyirəm.

 

Güclü ?iltihab əleyhinə, ?dezinfeksiyaedici, ?büzücü xüsusiyyətə malik olduğu üçün? diş qanaması, ?diş əti iltihabı, ?stomatit, ?ağız qoxusunda çox effektiv təsiri vardır. Palıd qabığı ilə ağız boşluğunu yaxaladıqda damaqlarınız bərkiyəcək, iltihab və qızartı, qanaxma aradan qalxacaq.
Gün ərzində 4-5 dəfə bu dəmləmə ilə ağzınızı yaxalayın, artıq bir neçə gündən sonra təsirini görəcəksiniz.
Hazırlanma qaydası isə çox asandır. Bir xörək qaşığı palıd qabığı üzərinə 100 ml qaynar su əlavə edib 15 dəqiqə gözləyin. İlıq vəziyyətə düşdükdən sonra istifadə edə bilərsiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top