Saç, dırnaq və dərinin XINA ilə müalicəsi

Saç, dırnaq və dərinin XINA ilə müalicəsi

Sağlamlığınız üçün gündəlik faydalı məlumatları hər gün daha tez ala bilmək üçün Instagram profilimi izləməyə dəvət edirəm.  ? Instagram.com/womheg

 

Xına qədim müalicə üsullarındandır, yəni yeni kəşf deyil.  Hətta nənəm başı ağrıyanda deyərdi ki, xınamın vaxtı gəlib.  ?

 

Xınanı bədənin müxtəlif hissələri üçün necə istifadə edək? Bu haqda daha ətraflı.

 

Xınanın ayaq qoxusunu aradan qaldırılmasını çox az insan bilir,  aktual mövzu olduğundan ilk olaraq bundan başlamaq istəyirəm. ?

 

Ayaq qoxusunu yaradan səbəblər  

Ancaq ilk olaraq ayaqdan iy gəlməsin deyə bilməli olduğumuz adi şeylər var. Məsələn, bəzi adamlar corabı günlərlə geyirlər, bu mikrob yaranması üçün çox yaxşı şəraitdir. Ayaqqabı alarkən keyfiyyətli olmasına diqqət edin, həmçinin ayaqları mütləq hər gün yuyun, ayaqqabınızın içini vaxtaşırı olaraq təmizləyin.

 

Ayaq qoxusunu yaradan səbəblərdən biri də göbələkdir. Ayaq və dırnaqda olan göbələyi olan insanlar, adətən illərlə müxtəlif kremlərdən, mazlardan istifadə etsələr də xeyrini görmürlər. Əgər siz də bu problemdən əziyyət çəkirsinizsə, xına ən yaxşı vasitədir.

 

Bunun üçün bir paket xınanı isti suda qarışdırıb pəncənizi tam tutmaqla həmin suya salın və 2 saat saxlayın. “O qədər vaxtım yoxdur”, deyirsinizsə, sevimli filminizə və serialınıza baxaraq da bunu edə bilərsiniz. ?

 

Artıq bir dəfədən sonra ayaqlarınızdakı fərqi hiss edəcəksiniz.

 

Onu da qeyd edim ki, xına yalnız göbələk və qoxunu deyil, həm də ayaqdakı şişkinliyi, yorğunluğu, çatları aradan qaldırır.   

 

Dırnaqlarınız soyulur, qırılısa, əlinizin dərisi kobudlaşıbsa o zaman bu resept köməynizə gələcək.

 

Bunun üçün sizə 1 çay qaşığı xına və çobanyastığı dəmləməsi lazım olacaq. Xınanın üzərinə qarışıq yarısulu olana qədər qaynar çobanyastığı dəmləsini əlavə edib qarışdırın. Bir qədər soyuduqdan sonra alınan maskanı əllərinizə və dırnaqlarınıza çəkin. 30 dəqiqə saxladıqdan sonra əllərinizi yuyub krem çəkin.

Üzünüzdə səpgilər varsa, dərinizin rəngi boğunuqdursa, bu maskadan istifadə edin. 

 

1 xörək qaşığı xına

0,5 çay qaşığı qidalandırıcı krem

1-2 damcı efir yağı (jojoba və digər efir yağlarından istifadə edə bilərsiniz)

 

Bütün inqredientləri qarışdırdıqdan sonra üz dərisinə çəkib tam quruduqdan sonra ilıq su ilə yuyun.

 

Bir neçə dəfə istifadədən sonra artıq dəriniz təravətli, cavan və incə olacaq.

 

Saç tökülməsini dayandırmaq, saç bitirmək üçün xınadan necə istifadə edək?

 

Xına paketini qaynar su ilə qarışdırıb saç diblərinə sürtün, 40 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.

 

Selüllit və dəri sallaqlığını aradan qaldıran, bədən dərisini təravətləndirən və cavanlaşdıran skrab maska

 

2 xörək qaşığı xına

2 xörək qaşığı kosmetik gil

1 xörək qaşığı üyüdülmüş kofe

1 xörək qaşığı bal

3-5 damcı sitrus (limon, apelsin və s.) efir yağlarından hər hansı birini istifadə edə bilərsiniz.

 

Skrabı həftədə bir neçə dəfə istifadə edə bilərsiniz.

 

Qeyd! Qırmızı rəng olmasın deyə, saç dibi, əllər və üzünüz üçün  rəngsiz xınadan istifadə edin. 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top