Sağlamlığınız üçün gündəlik faydalı məlumatları hər gün daha tez ala bilmək üçün Instagram profilimi izləməyə dəvət edirəm. ? Instagram.com/womheg
Deyəsən, balqabaq son illər ancaq Hallowen’də yadımıza düşür. ??
Ancaq belə olmalı deyil, çünki inanılmaz faydalı bir tərəvəzdir.
Şirəsini ən çox sevdiyim tərəvəzdir. Hər kəsə içməyi tövsiyə edirəm, həm dadı çox gözəldir, həm də faydası saymaqla bitməz.
Vitamin və mineralla zəngin balqabaq şirəsini içdikdə siz bir növ detoks etmiş olacaqsınız, belə ki, balqabaq şirəsi güclü antioksidantdır.
Hər səhər acqarına içəcəyiniz bu şirə qəbizliyi aradan qaldıracaq, qaraciyərinizi təmizləyəcək, sinir sisteminiz gərgindirsə sizi sakitləşdirəcək və immun sisteminizi möhkəmləndirəcək.
Balqabağı ətli hissəsini çox vaxt buxarda bişirirlər, yeməklərdə isə milli mətbəximizdə ondan aş və qutab hazırlayırlar. ⠀
Yeməklərdə balqabağı heç sevməsəm də ətli hissəsi də çox faydalıdır.
Ətli hissəsində xüsusilə də #qadınlar üçün bütün gözəllik vitaminləri və minerallar var. Vitamin E, A, C, D, PP, kalium, kalsium, maqnezium, dəmir kimi elementlər.
Dəri üçün isə xüsusilə faydalıdır, belə ki, dərinin tonusunu yüksəldir və elastik edir, bir sözlə hər qadının arzusu elastik və tonusda olan dəri.
Məhz bu xüsusiyyətinə görə, pəhriz saxlayanlar insanlar üçün çox faydalıdır. Belə ki, arıqlayan insanlarda dəri sallanması olmasın deyə, idmanla yanaşı, balqabaq yemək dəri sallanması, striyaların qarşısını almağa kömək edir.
Müxtəlif xəstəliklərdə çox faydalı olan balqabaq toxumu barədə isə gələcək postlarda mütləq yazacam.
Diqqət! Mədə turşuluğu aşağı olan, öd daşı olan və diabet xəstələrinə məsləhət deyil!