Balqabaq toxumu ilə dəri, saç, dırnaq problemlərinə son!

Balqabaq toxumu ilə dəri, saç, dırnaq problemlərinə son!

Sağlamlığınız üçün gündəlik faydalı məlumatları hər gün daha tez ala bilmək üçün Instagram profilimi izləməyə dəvət edirəm.  Instagram.com/arzununbloqu

♦ Qurdlar, parazitlərdən çoxumuz əziyyət çəkirik. Balqabaq toxumu bu problemi asanlıqla həll edəcək. Toxumu balla yeməyiniz məsləhətdir, çünki bal istənilən qidanın daha tez sorulmasına kömək edəcək.

♦ Bu super faydalı toxum 50%-ə qədər balqabaq yağı ilə zəngindir. Yağın tərkibində bütün qadınların arzusunda olan sağlam dəri, saç dırnaq üçün bolluca sink elementi var.  Bu sink elementi yalnız gözəllik yaratmır, həmçinin payız-qış aylarında zəif olan immun sistemimizi xəstəliklərə qarşı  möhkəmləndirir.

♦ Xroniki qəbizlikdən əziyyət çəkirsinizsə, uzaq yola çıxanda ürəkbulanma kimi probleminiz varsa, bir ovuc balqabaq toxumu yanınızda olsun.

♦ Cinsi hormonları ilə problemi olan kişi və qadınların da köməyinə balqabaq toxumu gəlir. Bu toxumlar  hormonların normal sintez olunmasına səbəb olur.

♦ Qadınlarda çox yayılmış uşaqlıq boynu xərçəngi, kişilərdə prostat vəzin şiş xəstəliklərinin qarşısının alınmasında çox faydalıdır.

♦ Yaddaşınızla probleminiz varsa, sinir sisteminizin normal işləməsini istəyirsinizsə, elə ilk bazarlığınızda  balqabaq toxumunu mütləq alın. ?

♦ Əgər veqan, vegetariançiy qidalanmanı seçmisinizsə, balqabaq toxumu mütləq sizin rasionda olmalıdır.

♦ Qadın gözəlliyi və sağlamlığı üçün çox əhəmiyyətli olan balqabaq toxumunun tərkibi B, A, C, E, D, K vitaminləri, kalium, kalsium, dəmir, sink, maqnezium, fosfor, selen, qlütamin, argenin kimi amin turşular, həmçinin omega 3 kimi doymamış yağ turşuları ilə zəngindir.

♦ Saç, dırnaq və dəri problemləri olan qadınlar xüsusilə bu toxumlardan istifadə etməlidirlər. Belə ki, toxumların tərkibindəki yağ sinklə çox zəngindir. Sink isə dəri, dırnaq və saç sağlamlığı üçün çox vacib elementdir.

Balqabaq toxumu necə istifadə olunmalıdır?

Balqabaq toxumunu çiy şəkildə müxtəlif salatlarda, qızardaraq, hətta ət yeməklərində həmçinin un məmulatlarında istifadə edə bilərsiniz.

Əlbəttə ki, ən məsləhətlisi elə salatlara əlavə edib çiy şəkildə yemək və ya balla qarışdırıb yeməkdir.

 

Diqqət!  Yüksək mədə turşuluğu olan kəskin mədə-bağırsaq problemləriniz varsa, müxtəlif bağırsaq keçməzliyi halları varsa, toxumu istifadə etmək məsləhət deyil. Həddindən artıq istifadəsi oynaqlarda durğunluğa, bədən kütləsinin artmasına və diş emalının zədələnməsinə gətirib çıxara bilər.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top