SEKS zamanı AĞRI nəyin əlamətidir?

SEKS zamanı AĞRI nəyin əlamətidir?

Təəssüf ki, kişi qadın arasında olan intim münasibətlər və bu haqda problemlər çox vaxt elə qadınlar arasındakı söhbətlərdə də qalır.

Seks vaxtı ağrı qadınların rastlaşdığı və yenə də az danışdığı mövzulardandır. Ağrılara səbəb nədir? Problemə necə yanaşmaq lazımdır?

 

Sualların cavabını sizin üçün yazıda vermişəm.    ?

 

✔ Ağrının ən çox rast gəlinən səbəblərindən biri seks zamanı vaginal şirənin kifayət qədər olmamasıdır.

 

✔ Şirənin az olmasının birinci səbəbi qadınların kişilərdən daha gec ehtiraslanması, ikinci əsas səbəb isə intim münasibətdən əvvəl sevişməönü (cinsi əlaqəyə qədər olan dövr) dövrün qısa olmasıdır.

 

✔ Yüksək həssaslığın olması da öz növbəsində seks zamanı ağrıya səbəb ola bilər. Bunun üçün yuyunduğunuz sabunlar, intim gelləri alarkən hipoallergen olmasına, ziyanlı kimyəvi maddələrin və qatqıların minimal olmasına, iysiz və orqanik olmasına diqqət edin.

 

✔ Əgər vaginal infeksiyanız varsa, bu da ağrı yaradan səbəblərdən biridir. Bunlardan herpes, xlamidioz, göbələk infeksiyalarını göstərmək olar. Birinci səbəbdən fərqli olaraq, əgər infeksiyanız varsa, o zaman ağrıdan başqa sizi yandırma, qaşınma və xoşagəlməz vaginal axıntı narahat edəcək.

 

✔ Kəskin ağrılar baş verərsə, bu ciddi ginekoloji xəstəliyin əlaməti ola bilər. Mioma, yumurtalıq kistaları, endometrioz və s.

 

✔ Ağrı ilə yanaşı, sidiyə getmək istəyi yaranırsa, bu, sidik yolu infeksiyasının göstəricisi ola bilər.

 

Bu və digər hallarda mütləq həkimə müraciət etmək lazımdır.

Arzu Nəcəfova

One thought on “SEKS zamanı AĞRI nəyin əlamətidir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top