Qarın nahiyəsində piylənmədən və həzm sisteminin müxtəlif xəstəliklərindən əziyyət çəkən bütün xanımlar (həmçinin, bəylər) üçün Yoqadan Uddiyana–Bandxa və ya “qarın qıfılı” asanasını təqdim edirik. Rahat edilən bu asana çox az vaxtınızı alacaq, nəticə isə sizi təəccübləndirəcək :)
Qarın qıfılı həm oturaq, həm də ayaqüstə edilə bilər.
Başlanğıc vəziyyət: ayaqüstə ayaqları çiyin bərabərində qoyub və əlləri bədənin yanına salın.
Yerinə yetirilmə qaydası: burunla nəfəs verib nəfəsinizi saxlayın. Eyni vaxtda bədənin yuxarı hissəsini təxminən 45 dərəcə bucaq altında önə əyin. Əlləri dizdən bir qədər yuxarı budlara qoyun. Qarşınızda bir nöqtəyə baxın. Daha sonra qarnı içəri salın və bu vəziyyətdə nəfəsi saxlamaqla bacardığınız qədər qalın. Sonra qarın əzələlərini boşaldın və burnunuzla nəfəs alıb başlanğıc vəziyyətə qayıdın.
Diqqəti günəş kələfində cəmləmək lazımdır (Yoqada konsentrasiya çox vacibdir)
Qeyd: ilk on gündə hərəkəti bir dəfə yerinə yetirin, ikinci on günlükdə 2, üçüncü ongünlükdə isə 3 dəfə. Üç dəfədən artıq hərəkəti etmək məsləhət görülmür.
“Qarın qıfılı”nın faydası:
– qarın nahiyəsində olan bütün piylənməni aradan götürür;
– mədə, bağırsaq, qaraciyər, dalaq, mədəaltı və böyrəküstü vəz, çanaq orqanlarının işinə çox müsbət təsir göstərir;
– sinir sisteminin fəaliyyətini yaxşılaşdırır;
– qəbizliyi aradan qaldırır;
– həzm prosesini yaxşılaşdırır;
– narahatlıq və gərginlik hisslərini aradan qaldırır.
Kimlər edə bilməz?
Mədə-12 barmaq bağırsaq xorası, hipertoniya və ağır ürək xəstəliklərindən əziyyət çəkənlər.
Yoqa ilə bağlı digər faydalı linklər: