Sağlam şirniyyat resepti

Sağlam şirniyyat resepti

Xurma əsaslı bu şirniyyat növünün içərisində nə şəkər, nə un var. Tam sağlam şirniyyat olan xurma dairəcikləri enerji azlığından əziyyət çəkən hər kəs üçün ideal qidadır. Bu dairəciklər sizi bütün gün ərzində lazımlı enerji ilə təmin edəcək.

Xüsusilə də şirniyyatsız yaşaya bilməyən xanımlar üçün ziyanlı şirniyyatları əvəz edəcək inanılmaz dadlı, faydalı və çox asan hazırlanan resepti sizə təqdim edirik.

Tərkibi:

  • 0,5 stəkan keşyu
  • 0,5 stəkan günəbaxan tumu
  • 0,5 stəkan küncüt toxumu
  • 10-12 ədəd xurma (finiki)
  • 2-3 xörək qaşığı su (ehtiyac olarsa)

Hazırlanma qaydası:

Xurmanın toxumlarını çıxarıb bütün inqridientləri mətbəx kombaynından  keçirin. Lazım gəldikcə suyu əlavə edin. Alınan kütlədən ovcunuza götürərək dairəciklər hazırlayın. Daha sonra onları soyumaları üçün soyuducuda bir saat saxlayın.

İçərisinə zövqə görə ağ və qara kişmiş, qoz, fındıq, bal da əlavə edə bilərsiniz.

İstəyə görə dairəcikləri üyüdülmüş qoz, fındıq və ya kakos dənəcikləri ilə örtə bilərsiniz. Bunun üçün dairəcikləri həmin inqridientlərin üzərində gəzdirmək kifayətdir.

Diqqət! Enerji dəyəri çox yüksək olduğundan axşam bu şirniyyatı yemək məsləhət deyil, yuxunuz qaçacaq. Onu da nəzərə alın ki, gün ərzində 2-3  dairəcikdən çox yemək mümkün deyil :)

Xurmalı dairəciklər həm ailəniz, həm də qonaqlarınız üçün süfrədə sağlam və dadlı şirniyyat olacaq :) 

 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top