Bir çoxlarımız “Ne yeyək ki, kökəlməyək? Nə yeyək ki, artıq kilolardan azad olaq?”- deyə düşünürük. Bu suallara cavabı aşağıda tapa biləcəksiniz:
- Qreypfurt, ananas, portağal. Bu meyvələrdən 100-150 qr hər gün qəbul etsəniz ay ərzində 3-4 kq rahatlıqla ata bilərsiniz. Sitrus meyvələrinə qarşı allergiyası olanlara məsləhət görülmür.
- Yaşıl çay bədəndən artıq mayenin çıxarılmasını, toksinlərdən azad olmağa və maddələr mübadiləsini sürətləndirdiyinə görə arıqlamağa köməklik göstərən əla vasitədir. Gündə 4 stəkan içilən çay piylərin ərinməsinə kömək edir.
- Yağlı olmayan süd məhsulları: kefir, kəsmir, qatıq. Mütəxəssislərin rəylərinə görə, süd məhsullarının tərkibində olan protein piy mübadiləsini sürətləndirir və nəticədə onları əridir (süd çıxmaqla) .
- Ədviyyatlar: darçın, sarıkök, qırmızı bibər, zəncəfil (yeməyə və çaya əlavə edə bilərsiniz)
- Zülalla zəngin qidalar: mal əti, toyuq əti, balıq əti, yumurta, soyalılar, lobya, noxud, qarabaşaq və s.
- Kələm: ağ, rəngli kələm, gül kələmi, brokkoli. Kələm azkalorili olub, bağırsaqların “süpürgə”si hesab olunur və onu təmizləyən ən gözəl vasitələrdən biridir. Brokkoli də həmçinin vitamin və mineral deposudur.
- Su: 0 kaloriyə malikdir, maddələr mübadiləsini sürətləndirir və artıq kilolardan azad edir.
Lakin bir şeyi unutmayın ki, sağlam və gözəl bədən quruluşuna malik olmaq üçün həyat tərzinizdə dəyişikliklər etməlisiniz. Saytımızın “Necə arıqlayaq?”, “Fitness”, “Yoqa”, “Sağlam Mətbəx” və digər bölmələrindən lazımi məlumatları ala bilərsiniz.