Təqdim etdiyimiz bu maska quru dərilər üçün çox faydalı olub, bu tip dərini qidalandırır, təmizləyici təsir göstərir və dərinin su balansını normallaşdıraraq nəmləndirir, təravətli və parlaq görünüş verir.
Tərkibi:
- 1 yumurta sarısı
- 1 çay qaşığı zeytun yağı
- Bir neçə damcı limon
- 1 çay qaşığı bal (yaxşı olardı ki, qarabaşaq balı olsun)
- 1 çay qaşığı üyüdülmüş yulaf
Hazırlanma qaydası: yumurtanı yağla yaxşı çaldıqdan sonra üzərinə limon, daha sonra bal əlavə edin. Köpük əmələ gələnə qədər qarışdırın və üzərinə yulaf əlavə edin. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.