Cəmi 60 qəpiyə tər-təmiz dəri!

Cəmi 60 qəpiyə tər-təmiz dəri!

Əziz xanımlar, bu gün sizə  qiyməti hər kəsin cibinə uyğun olan, apteklərdən rahatlıqla tapa biləcəyiniz, bir çox dəri və dırnaq problemlərindən sizi azad edəcək sabun haqda məlumat verəcəyik.

Borlu sabun kosmetik və gigiyenik vasitə kimi unikal bir sabundur, belə ki, sizə aşağıdakı dəri problemlərin həllində kömək olacaq:

  • Dəridəki uqri, səpgi, qara nöqtələri təmizləyir;
  • Dəridəki irinli prosesləri və yağlılığı aradan qaldırır, antibakterial və iltihab əleyhinə əla vasitədir;
  • Dərini hamar edir və ona sağlam görünüş verir;
  • Çox tərləməyə qarşı effektivdir;
  • Dırnaqlarda və dəridə olan göbələkdən azad edir;
  • Qaşınmanı aradan qaldırır (həmçinin, ağcaqanad və həşərat dişləməsindən sonra olan);
  • Məsamələri daraldır, dərinin rəngini ağardır və onun səthini hamarlaşdırır. 

Quru dərilərdə istifadəsi: quru dərilər üçün gündə bir dəfə istifadə etmək kifayətdir, sabun dərini ölmüş hüceyrələrdən təmizləyərək hamar edir və rəngini təravətli edir.

Qrip və müxtəlif virus infeksiyaları zamanı əllər üçün istifadə qaydası:

Əlləri, xüsusilə də qrip və infeksiyalar zamanı borlu sabunla yumaq məsləhətdir. Lakin çox yuduqdan sonra əlinizi kremləməyi unutmayın.

Yağlı dərilər üçün istifadə qaydası:

Yağlı dəri özünün nahamarlığı, səpgili və məsaməli olması, boğunuq rəngi ilə seçilir. Belə dərilər üçün borlu sabun dərmandır. Səhər və axşam üz və boyun dərisini ilıq su ilə borlu sabunu köpüklədərək yuyun. Bu sabunla ümumi  üzü deyil, həmçinin ancaq problemli nahiyələri yuya bilərsiniz.

beauty_skin2

Səpgili və irinli dərilər üçün istifadə qaydası:

Borlu sabun belə dərilər üçün çox yaxşı təmizləyici, mikrob məhvedici və quruducu təsir göstərir. İrinli və səpgili nahiyələrin üzərinə bu sabunu çəkib bir-iki dəqiqə gözləyib sonra yuyun. Bəzən xırda səpgilər bu sabunla yuyulduqdan sonra daha kəskin görünmüş ola bilər, lakin bu, keçicidir, narahat olmağa dəyməz.

Çox tərləyənlər üçün istifadə qaydası:

Əllər, ayaqlar və qolaltı nahiyəniz çox tərləyirsə həmin nahiyələri borlu sabunla səhər və axşam yuyun. Tər qoxusu aradan qalxacaq və tərləmə azalacaq.

Göbələk xəstəliklərində istifadə qaydası:

Borlu sabun həkim təyin etdiyi digər müalicə ilə birlikdə edilsə çox yaxşı effekt verir. Qısa vaxt ərzində göbələk yayılmasının qarşısını alır, o cümlədən dırnaq, barmaq aralarında olan göbələyi aradan qaldırır.

Ayaq döyənəklərinə qarşı və dırnaqlara qulluq:

Ayaqda qabarların yaranmaması və artıq olan döyənəklərin aradan qaldırılması üçün  soda və borlu sabun qarışığı çox yaxşı təsir göstərir. Bunun üçün ilk olaraq ayaqları isti vannada islatmaq lazımdır, daha sonra bu qarışığı bir neçə dəqiqəlik ayağa sürtüb saxlamaq və daha sonra isti su ilə yumaq lazımdır. Bu prosedur zamanı həm də dırnaqlar yumşalacaq, həm də onlara qulluq daha rahat olacaq.

Əgər dabanlarda çatlar və iltihab varsa bir neçə seansa onlardan iz belə qalmayacaq.

Əks göstərişlərə diqqət!

  1. Borlu sabunu uzun müddət adi sabun kimi istifadə etmək olmaz, çünki bu, müalicəvi vasitədir, tərkibində olan bor toxumalarda yığılmaq qabiliyyətinə malikdir, bu isə sağlamlığınıza ziyan vura bilər. Hər şey qədərində gözəldir, o cümlədən də borlu sabun;
  2. Adi hamam sabunu kimi bütün bədən üçün istifadə etmək olmaz, sadəcə bədəninizdə problemli nahiyələri sabunla işləyə bilərsiniz;
  3. Böyrək xəstəlikləri olan, hamilə və süd verən qadınlara, uşaqlara istifadəsi əsk-göstərişdir.

 

Arzu Nəcəfova

4 thoughts on “Cəmi 60 qəpiyə tər-təmiz dəri!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top