Bişirilmədən hazırlaya biləcəyiniz bu dadlı və faydalı resept çiy qidalanma mətbəxinə aiddir. Ləzzətli armud desertini hazırlamaq üçün bizə lazım olacaq:
- 3-5 ədəd armud
- 150 qr kişmiş
- 150 ar ərik qurusu
- 50 qr qoz
- 2 xörək qaşığı bal
- Bir neçə yarpaq nanə
Hazırlanma qaydası: kişmiş və ərik qurusunu 30 dəqiqəlik suda islanmağa qoyun. Armudları yuduqdan sonra baş hissəsini ehtiyatla kəsib içərisindən bir qədər lətini götürün (kənarlarını kəsməmək şərtilə). Kişmiş və üzüm yumşaldıqdan sonra onları və qozu xırda şəkildə doğrayın. Armud lətini və balı da bu qarışığa əlavə edib qarışdırın. Armudun alt hissəsini nazik şəkildə kəsib hazırladığınız qarışığı içərisinə doldurun.
Süfrəyə verdikdə üzərini nanə yarpaqları, bal və şəkər pudrası ilə ilə bəzəyə bilərsiniz :)
Resept gözədir.Kaş şəkli də olardı.
Resept gözədir.Kaş şəkli də olardı.
Salam, Aydan xanım, şəkli yaxın günlərdə Instagram səhifəmdən görə bilərsiniz. https://www.instagram.com/womheg/