Qarın, bel nahiyələri çoxumuzun problemidir. İncə bel və düz qarına sahib olmağı kim istəmir ki? Bu gün tanış olacağınız hərəkət sizi arzunuza daha da yaxınlaşdıracaq. ?
Hərəkətin ən başlıca xüsusiyyəti beli incəltməsidir. Bu hərəkəti hər gün cəmi bir neçə dəfə edərək belinizi bir neçə santimetr incəldə biləcəksiniz.
Gəlin, baxaq bel nəyin hesabına incəlir?
İlk olaraq onu qeyd edim ki, vakuum hərəkəti qarnın köndələn əzələsini işlədir (şəkildə gördüyünüz göy çərçivəyə alınmış əzələ). Bu əzələ qarında soldan sağa doğru uzanır və bütün qarın boşluğu, daxili orqanları sallanmaqdan qoruyur.
Məşq etməyən insanlarda bu əzələ zəif olduğundan, hətta arıq insanlarda belə qarnın sallanmasına səbəb olur.
Hər gün edilən vakuum məşqi köndələn əzələnin tonus və elasktikliyini qaldırır və məhz bunun hesabına bel incəlir və sallaq qarın düzləşir.
Qarında vakuumu hər gün davamlı olaraq etsəniz, artıq bir neçə həftədən sonra belinizin necə incəldiyini görəcəksiniz. ?
Qeyd: qarında vakuum hərəkəti, həmçinin uşaq dünyaya gətirən qadınlarda olan qarın sallaqlığını aradan qaldırmağa kömək edir.
Vakuum hərəkəti ayaqüstə, uzanaraq, dizüstü və oturaraq edilə bilər.
Hərəkəti düzgün etməyi öyrənmək üçün uzanaraq etməkdən başlayın.
Uzanaraq vakuum
Bunun üçün yerə uzanıb dizləri bükün, əllər bədənin yanında. Nəfəsi bacardıqca möhkəm verin ki, ağciyələrdə hava qalmasın. Və bu anda qarnınızı içəri doğru sıxın, elə təsəvvür edin ki, sanki göbəyiniz onurğanıza toxunur.
15 saniyə bu şəkildə qalın və nəfəs almayın. Hərəkəti gün ərzində bir neçə dəfə (ən azı 2 dəfə səhər və axşam) acqarnına və ya mədə çox dolu olmadıqda etməyiniz məsləhətdir.
Qeyd: hərəkəti rahatlıqla etməyə başladıqca vaxtı 1 dəqiqəyə qədər uzadın.
Dizüstü vakuum
Vakuum hərəkətini hər yanaşma 1 dəqiqə olmaqla, 5 yanaşma etməyi rahatlıqla etməyə başladıqda, artıq daha çətin edilən dizüstü hərəkətə başlaya bilərsiniz.
Bunun üçün dörd ətraf üzərində dayanmaq lazımdır, qolları dirsəklərdə bükməyin. Bilək, dirsək və çiyin bir xətdə olmalıdır. Nəfəsvermə eynilə yuxarıda göstərildiyi kimidir. Qarnı içəri sıxdıqda başı bir qədər aşağı salın, kürəyi isə qaldırın. 30 saniyəlik yanaşmalardan başlayıb, tədricən 1 dəqiqəyə qədər yüksəldin.
Oturaq vakuum
Hərəkətin bu növü digərlərindən daha çətindir.
Düz və möhkəm bir yerə oturun, onurğanızı söykəməyin. Güclü nəfəs verərək qarnı içəri sıxın və bu vəziyyətdə 1 dəqiqə qalın.
Ayaqüstə vakuum hərəkəti isə digərlərində olduğu kimi edilir, fərqi sadəcə ayaqüstə edilməsindədir.
Diqqət! Bu hallarda hərəkəti etmək olmaz! Hamiləlik, menstruasiya dövrü, qarın nahiyəsində olan hər hansı ağrılar (yalnız ağrının səbəbi və həkim məsləhətindən sonra hərəkəti edə bilərsiniz), mədə, 12 barmaq bağırsaq xorası, ağciyər və ürək-damar xəstəlikləri. Qarın boşluğunda əməliyyat olunubsa, doğuş qeysəriyyə kəsiyi ilə olubsa, doğuş travmaları varsa mütləq həkiminizlə məsləhləşin.
Bu hərəkət çox az vaxt aldığından onu rahatlıqla, vaxt bəhanəsi etmədən gündəlik cədvəlinizə əlavə edin! Tənbəl olmayın, özünüzü sevin və qarında vakuum hərəkətini davamlı edin ki, arzuladığınız gözəl bədən ölçülərinə sahib olasınız. ?
Sizə çox minnətdaram
Sizə köməyi dəydisə nə xoş :)
Mede ve onikibarmaq xorasinda ne kimi fesadlar vere bilerki bu eks gosterişdir? Menim medemde cox vaxt agri agirliq olur, ede bilmerem?
Salam, xanım. Ağırlıq qeyri-düzgün qidalanma və digər səbəblərdən də ola bilər. Bu əlamətlərin olması hələ xora xəstəliyinizin olmasına dəlalət etmir. Ancaq hər bir halda şikayətləriniz varsa, mütləq həkimə müraciət edin.
Salam xanim. Spiral varsa vakuum etmek olar??
Salam, Nərgiz xanım. Təəssüf ki, spiral varsa, etmək olmaz.