VEQANLAR kimlərdir?

VEQANLAR kimlərdir?

Ölkəmizdə çox yayılmadığı üçün “Veqanlar kimlərdir”? sualına aydınlıq gətirmək istəyirəm.  Veqanlar ət və süd məhsulları, ümumiyyətlə heç bir heyvani mənşəli qidadan istifadə etmirlər.  Yalnız yeməklərində deyil, geyimlərində belə heyvan dərisi dərisi, kürkündən hazırlanan heç bir geyim və aksesuardan istifadə etmirlər.

 

Onu da qeyd edim ki, dünyada hər il veqanların sayı artmaqdadır.

 

Noyabr ayı dünyada “Veqan Ayı” kimi qeyd olunur. Bütün dünyada bu ay ərzində veqanlıq haqqında məlumat verən müxtəlif festivallar, film nümayişləri və digər tədbirlər keçirilir.

 

Veqanların “Nəyə görə veqan olmağı seçdiniz?” sualına müxtəlif cavabları var.

 

Ən məşhur cavab etik dəyərlərdir. Belə ki, veqanlar heyvanları incitməyən insanlardır. Onlar heyvanları incitmək dedikdə yalnız onları öldürməyi nəzərdə tutmurlar, süd, bal kimi heyvan məhsullarını istifadəsini də təbiətdəki balansın pozulması kimi qiymətləndirirlər.

 

Digər səbəblər kimi, sağlam qidalanma, infarkt və digər ağır xəstəliklərin qarşısının alınması, müxtəlif xəstəliklər nəticəsində heyvani məhsullara əks göstərişin olması, arıqlamaq istəyi və s.

 

Əlbəttə ki, bütün qidalanma sistemləri kimi, bu mövzu da mübahisəlidir, məşhur alimlər və həkimləri belə bu mövzuya yanaşmalarına görə iki yerə bölmək olar, veqanlığı dəstəkləyənlər və qətiyyən dəstəkləməyənlər.

 

Bəs siz nə düşünürsünüz, insan mütləq ət və heyvan məhsulları yeməlidir, yoxsa bu məhsulları yemək həqiqətən bədənmiz üçün ziyandır?

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top