Artıq kilolardan azad olmaq istəyirsinizsə ilk növbədə yediyiniz qidaların düzgün qəbuluna diqqət etməlisiniz.
İlk iki qayda:
1. Gün ərzində 2 və ya 3 dəfə yediyiniz yeməyi 5-6 hissəyə bölüb yeyin, yəni gün ərzində 5-6 dəfə qidalanın. Böyük hissələrlə qidalanma həzm prosesinin pozulmasına və nəticədə kökəlməyə səbəb olur. Kiçik hissələrlə tez-tez qidalanmaq mədənin ölçüsünü kiçildir, həmçinin maddələr mübadiləsini sürətləndirir, ona görə də artıq kilolar sizi tərk etməyə başlayır.
2. Yeməyi asta-asta, çox yaxşı çeynəyərək yeyin, sürətlə yemək beynə doyma siqnalının vaxtında çatmasına mane olur və normadan artıq qida qəbuluna səbəb olur.
Digər iki qayda:
1. Ən böyük səhvlərdən biri yeməklə su və digər mayelərin qəbuludur. Yeməklə içilən su həzm prosesini pozur, qidanın həzm olunması üçün lazım olan fermentlərin sintezi prosesini pozur, beləliklə, yemək mədədə daha uzun müddət qalır və normal şəkildə həzm olunmur. Suyu yeməkdən ən azı 15 dəqiqə əvvəl və yeməkdən ən azı 1,5-2 saat sonra qəbul etmək lazımdır. Bu qayda çay və digər içkilərə də aiddir.
2. Yemək yeyəndə danışmaq və televizora baxaraq yemək düzgün deyil. Tədqiqatlar göstərir ki, danışaraq və televizora baxaraq yemək yedikdə insan normadan artıq yeyir və heç bunun fərqində olmur. Bu isə öz növbəsində kökəlməyə səbəb olur.