Suyu necə içək ki, bizə zərər yox fayda versin?
– Səhəri su ilə açın, səhər yeməyi yeməmişdən əvvəl iki stəkan qaynar su için (ağzı yandırmamaq şərtilə). İsti su mədə-bağırsaq yollarını təmizləyərək həzm sistemini qidalanmağa hazırlayır;
– Suyu yeməkdən azı 15 dəqiqə əvvəl, yeməkdən sonra isə 1,5-2 saat sonra içə bilərsiniz;
– Yeməklə su içmək məsləhət deyil, bu, həzm prosesini tamamilə pozur və kökəlməyə gətirib çıxarır;
– Suyu böyük qurtumlarla birbaşa içmək olmaz, hər on dəqiqədən bir iki-üç qurtum içmək kifayətdir. Bunun üçün yanınızda həmişə dolu su stəkanı və ya su şüşəsi saxlayın;
– Axşam saatlarında çox su içməməyə çalışın, əks təqdirdə səhər üzünüzdə, bədəninizdə ödem (şişkinliklər) olacaq;
– Su içməyə hələ öyrəşməmisinizsə, onda müxtəlif meyvə və tərəvəzlərdən dadlı sular hazırlayıb içə bilərsiniz;
– Su içməyə birbaşa 2 litrdən başlamaq olmaz, gün ərzində 3-4 stəkandan başlayıb, hər həftə bir stəkan artırmaqla, 10-12 stəkana qədər çatdırmaq lazımdır;
– Gündəlik içdiyiniz sup, meyvə şirəsi, qazlı sular, çay, kofe bu suyun gündəlik lazımi miqdarına daxil deyil;
– İlk günlərdə su içməyi unuda və ya bu sizə cansıxıcı gələ bilər, lakin vərdiş halına saldıqdan sonra bədəniniz özü su tələb edəcək.