Tərkibi:
- 1 xörək qaşığı bal
- 1 yumurta sarısı
Hazırlanma qaydası: balla yumurta sarısı qarışdırılır (maskanı qoymamışdan əvvəl su hamamında bir qədər isitmək lazımdır). Maskanı üzə çəkdikdən 15-20 dəqiqə sonra ilıq su ilə yuyun və soyuq su ilə yaxalayın.
Dəriyə təsiri: maska məsamələri daraldır, səpgiləri qurudur və kiçildir, dəri əvvəlki qədər yağlanmır və çox təravətli görünüş alır.
Qeyd: Bu maskanı isti hamam şəraitində etsəniz effekti çox daha yaxşı olar. Belə ki, hamam şəraitində dəri təmizləndikdən sonra məsamələr açıq olur və dəriyə sürtülən istənilən maska yaxşı effekt verir.