Saç bitirən mükəmməl vasitə

Saç bitirən mükəmməl vasitə

Bu gün təqdim edəcəyimiz xardallı maska saç  tökülməsinin qarşısını alınmasında, yeni saçların bitməsində ən effektiv maskalardan biridir, belə ki, xardal saç bitirmə və tökülmənin qarşısını alan mükəmməl vasitədir.

Tərkibi:

  • 2 xörək qaşığı xardal tozu
  • 2 xörək qaşığı qaynar su
  • 1 yumurta sarısı
  • 2 xörək qaşığı zeytun yağı (istənilən digər bitki yağı da ola bilər)
  • 2 çay qaşığı şəkər tozu (unutmayın, şəkər tozu nə qədər çox olsa xardalın yandırma xüsusiyyəti daha çox olacaq, ona görə doza ilə ehtiyatlı olun)

Hazırlanma qaydası: xardal göstərilən miqdarda su ilə qarışdırılır və digər məhsullar da əlavə olunub yaxşı qarışdırılır. Saçların dibinə ehtiyatla sürtülür, çalışın ki, maska saçlara çox dəyməsin. Rezin papaq taxıb, üzərindən qalın dəsmalla bağlayın. Gözləmə vaxtı 15 dəqiqədən 40 dəqiqəyə qədər ola bilər.

Bu, baş dərinizin xardala “dözümlülük” dərəcəsindən asılı olacaq. Əgər yanğı hissi dözülməzdirsə, mütləq saçınızı yuyun. Maskanı quru saça sahib xanımlar 10 gündə bir dəfə, yağlı saçlara sahib xanımlar isə həftədə iki dəfə edə bilərlər.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top