Alma və kefir bağırsağın işini yaxşılaşdıran, zəhərli maddələrdən azad edən və maddələr mübadiləsini sürətləndirən iki qidadır. İki piy düşməninin birləşməsindən isə dadlı və faydalı kokteyl alınır :)
Bu kokteyllə siz səhər və ya axşam yeməyini əvəz edə bilərsiniz.
Hazırlanma qaydası: 2-3 orta ölçülü alma qabığından təmizlənir və doğranır. 300 ml kefirlə blenderdən keçirilir və zövqə görə darçın vurulur.
Diqqət!
Darçın hamilələr, qanaxma və yüksək arterial təzyiqdən əziyyət çəkənlər üçün əks- göstərişdir.
Kefiri alarkən buraxılma vaxtına diqqət edin, çalışın elə həmin gün istehsal olunan olsun və iki gün müddətində işlədin.